Tibb və səhiyyə · Glorri
Keyfiyyətə Nəzarət üzrə Menecer Assistenti/Tibb
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Rəhbər (Lead)
Elan tarixi: 18.09.2026 · Son tarix: 18.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Qrup daxili sağlamlıq müəssisəsinin və ya sağlamlıq proqramının əməliyyatlarını və fəaliyyətinin keyfiyyət siyasətini və prosedurlarını hazırlanması işini təşkil etmək. - Tibbi komandaların proseslərinin keyfiyyətə nəzarət sisteminə nəzarət etmək və idarə etmək. - Audit planlarını tərtib etmək və nəticələr barədə departament direktoruna hesabat vermək. - Keyfiyyət sistemlərinin (ISO, yerli standartlar) tətbiqinə və saxlanmasına nəzarət etmək. - Keyfiyyətə nəzarətin illik fəaliyyət planını və KPI-larını müəyyənləşdirmək. - Sağlamlıq və tibbi otellərdə tibbi xidmət prosesləri üzrə auditlər aparmaq. - Uyğunsuzluqları müəyyənləşdirmək, hesabat tərtib etmək və düzəldici tədbirlər planını izləmək. - Keyfiyyətə nəzarət prosesləri üzrə qrupdaxili mövcud otellərin məsuliyyətinin daşımaq. - Grupdaxili müəssisələrdə müvafiq əməkdaşlara keyfiyyət üzrə təlimləri təşkil etmək. - Tibbi prosedurların, müalicə protokollarının və pasiyent təhlükəsizliyi proseslərinin icrasına nəzarət etmək. - Sağlamlıq və tibb müəssisələrində klinik səhvlər və hadisələr üzrə təhlillər aparmaq. - Tibbi personalın keyfiyyətlə bağlı maarifləndirilməsində iştirak etmək. - Qonaq rəy və anketlərini təhlil etmək, xidmət keyfiyyətini ölçmək. - Şikayətlərin idarə olunmasını və cavablandırılmasını əlaqələndirmək. - Tibbi və ümumi rəhbərlər ilə birlikdə xidmətin təkmilləşdirilməsi üzrə planlar hazırlamaq. - Keyfiyyət göstəricilərinin aylıq və rüblük hesabatlarını hazırlamaq. - Audit nəticələri, şikayətlər, hadisə hesabatları və infeksiya göstəricilərinin arxivləşdirilməsinə nəzarət etmək. - Elektron sənədləşmə sisteminin idarə olunmasında iştirak etmək. - Təyin olunmuş tibbi əməliyyatların tənzimləyən vacib və müvafiq qanunlar, qaydalar, siyasət və prosedurlardan xəbərdar olmaq. - Yeni xidmətlərin tətbiqinin, mövcud xidmətlərin inkişafı üzrə həyata keçirilən dəyişikliklərin xidmət keyfiyyətinə təsiri barədə təhlillər aparmaq. Təhsil: - Ali ( Tibb,İctimai səhiyyə, Biologiya) - İSO 9001 - İSO 7101 - İSO 15189 - İSO 13485 İş təcrübəsi: - Tibb sahəsində idarəetmədə minimum 5 il Bilik və Bacarıqlar: - Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində). - Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır - Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır - Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır. - Tibbi müəssisələr üçün normativ hüquqi sənədlər: Səhiyyə Nazirliyinin tələbləri. Klinik protokollar və keyfiyyət standartları. Tibbi cihazların qeydiyatı və sertifikatlaşdırılması qaydaları. - Klinik proseslərin keyfiyyət standartlarına uyğun idarəedilmə qaydaları - Laboratoriya proseslərinin keyfiyyətinə nəzarət. - Risk menecmenti(xəstə təhlükəsizliyi, infeksion nəzarət, dərman təhlükəsizliyi). - Daxili audit ,Kök səbəb analizi (RCA, CAPA)bilikləri. Kompüter bilikləri: - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə. - Elektron tibbi informasiya sistemləri ilə işləmək bacarığı üstünlükdür. - Keyfiyyət idarəetmə sistemləri(QMS) barədə biliklər. Dil bilikləri: - Azərbaycan dili – sərbəst; - Rus və ya ingilis dili – yaxşı səviyyədə; Digər üstünlüklər: - Nahar şirkət tərəfindən təmin edilir. - Korporativ nömrə və danışıq paketi. - Tibbi sığorta. İş yeri: - Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ "TABIA GROUP" MMC