Maliyyə və mühasibat · Glorri
Aparıcı Maliyyə Mütəxəssisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.10.2026 · Son tarix: 20.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
"FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Aparıcı Maliyyə Mütəxəssisi vəzifəsini elan edir. Vəzifə öhdəlikləri: - Şirkətin illik büdcələşdirmə prosesində fəal iştirak etmək, büdcə şablonlarının hazırlanmasını və baş ofis funksiyaları və filiallarla koordinasiyasını həyata keçirmək. - Struktur bölmələr və filiallardan daxil olan büdcə məlumatlarını konsolidasiya etmək, yoxlamaq və təsdiq edilmiş büdcə ilə uyğunluğunu təmin etmək. - Əvvəlki ayın faktiki nəticələri əsasında aylıq rolling forecast hazırlamaq, əsas dəyişiklikləri, riskləri və gözləntiləri təhlil edərək rəhbərliyə məlumat vermək. - Bank, struktur bölmələri və filiallar üzrə faktiki nəticələrlə büdcənin müqayisəli (Budget vs Actual) təhlilini hazırlamaq və əsas kənarlaşmaların səbəblərini müəyyən etmək. - İdarə Heyəti üçün aylıq plan-fakt (variance analysis) hesabatını əsas səbəblər və təklif olunan tədbirlərlə birlikdə hazırlamaq. - Büdcə sahibləri ilə mütəmadi əlaqə saxlamaq, büdcə ilə bağlı sualları cavablandırmaq və xərclərin büdcə daxilində idarə olunmasına (OPEX control) dəstək göstərmək. - Aktiv büdcə və forecast fayllarını müəyyən edilmiş müddətlərdə yeniləmək, məlumatların tamlığını və dəqiqliyini təmin etmək. - Həftəlik və zərurət olduqda daha qısa müddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (cash-flow forecast) hazırlamaq və potensial likvidlik ehtiyaclarını əvvəlcədən müəyyən etmək. - Müvafiq bank hesabları üzrə likvidliyi izləmək və biznes və əməliyyat fəaliyyəti üçün kifayət qədər vəsaitin mövcudluğunu təmin etmək. - Aktiv və öhdəliklər üzrə likvidlik boşluqlarının təhlilini (liquidity gap analysis) hazırlamaq və müxtəlif stress ssenariləri altında likvidlik mövqeyini qiymətləndirmək. - ALCO (Aktiv-Öhdəlik Komitəsi) paketini hər ay vaxtında hazırlamaq, yeniləmək və nəzərdən keçirilməsi üçün Baş Maliyyə İcraçısına təqdim etmək. - Açıq valyuta mövqeyini (OCP) hesablamaq, müəyyən edilmiş limitlər daxilində saxlanılmasını izləmək və limitlər üzrə mümkün kənarlaşmaları vaxtında müəyyən etmək. - Valyuta riskinin idarə olunması məqsədilə yeni hedcinq, mövcud hedcinq alətlərinin yenilənməsi və qiymətləndirilməsi ehtiyaclarını müəyyən etmək. - Mövcud borclanmalar üzrə məlumatları, ödəniş qrafiklərini, faiz dərəcələrini, müddətləri və digər əsas şərtləri aylıq olaraq yeniləmək və izləmək. - Maliyyələşmə ehtiyacları (funding needs) üzrə proqnozların hazırlanmasına və yeni maliyyələşmə ehtiyaclarının vaxtında müəyyən edilməsinə Baş Maliyyə İcraçısına dəstək göstərmək. Tələblər: - Maliyyə sektorunda 3-5 il iş təcrübəsi; büdcələşdirmə, maliyyə təhlili, treasury və ya likvidliyin idarə olunması sahəsində təcrübə üstünlükdür. - Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; ACCA/CPA və ya ekvivalent peşəkar kvalifikasiya üstünlükdür. - Maliyyə modelləşdirilməsi, büdcələşdirmə və proqnozlaşdırma, likvidliyin idarə olunması və maliyyə təhlili üzrə yaxşı biliklər; MHBS üzrə bilik üstünlükdür. - Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik, həmçinin MS Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı. - Azərbaycan dilini səlis bilmək; İngilis dili biliyi üstünlükdür.