Bütün vakansiyalar

IT və texnologiya · Glorri

İnsan Resursları Departamenti, Analitik

Bank Respublika ASCBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Orta səviyyə

Elan tarixi: 08.10.2026 · Son tarix: 07.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- HR büdcəsinin hazırlanması, icrasının izlənilməsi, plan-fakt təhlilinin aparılması və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi; - Əməkhaqqı fondu, işçi sayı və digər HR xərcləri üzrə təhlil və proqnozların hazırlanması; - Aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması; - HR üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak, həmin göstəricilərin hesablanması və mütəmadi monitorinqi; - İşə qəbul, işçi sayı, əməkhaqqı və işçi axını (turnover) göstəricilərinin təhlili, əsas tendensiyaların və dəyişikliklərin səbəblərinin müəyyən edilməsi; - Vəzifələrin dərəcələndirilməsi (grading) sisteminin strukturunun və metodologiyasının hazırlanmasında, eləcə də tətbiqində iştirak; - Performansın idarə edilməsi sisteminin hazırlanmasına və tətbiqinə analitik dəstəyin göstərilməsi, aidiyyəti tərəflərin zəruri məlumat və hesabatlarla təmin edilməsi; - Vəzifə yüksəlişi təkliflərinin toplanması və qiymətləndirilməsi, onların büdcəyə və əsas HR göstəricilərinə təsirinin təhlili; - İdarə Heyəti və rəhbərliyin strateji qərarlarını dəstəkləmək məqsədilə analitik hesabatların, təqdimatların, interaktiv dashboardların və əsaslandırılmış təkliflərin hazırlanması; - HR proseslərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə məlumatlara əsaslanan təkliflərin verilməsi; - HR layihələri və təşəbbüsləri üzrə maliyyə hesablamalarının aparılması, gözlənilən xərclərin və büdcəyə təsirin qiymətləndirilməsi; - HR məlumatlarının düzgünlüyünün, tamlığının və mənbələr üzrə uyğunluğunun yoxlanılması, hesabatlarda vahid hesablama metodologiyasının tətbiqinin təmin edilməsi; - Məlumatların emalı və hesabatların hazırlanması proseslərinin avtomatlaşdırılmasında iştirak. - İqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, insan resurslarının idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil; - Analitika, maliyyə planlaşdırılması, büdcə nəzarəti və ya HR analitikası sahəsində 1–3 il iş təcrübəsi ; - Excel üzrə yüksək səviyyədə bilik: mürəkkəb formullar, pivot cədvəllər və Power Query ilə işləmə bacarığı; - SQL və Power BI üzrə praktiki bilik mütləqdir: Power BI-da məlumat modellərinin və interaktiv hesabatların hazırlanması; - Böyük həcmli məlumatları strukturlaşdırmaq, təhlil etmək və nəticələri aydın şəkildə təqdim etmək bacarığı; - Büdcələşdirmə, proqnozlaşdırma, plan-fakt təhlili və maliyyə göstəriciləri ilə işləmə bacarığı; - HR göstəriciləri və KPI-ların hesablanması, şərhi və təhlili prinsipləri barədə bilik; - Vəzifələrin dərəcələndirilməsi və performansın idarə edilməsi sistemləri barədə bilik arzuolunandır; - Analitik nəticələri biznes baxımından şərh etmək və əsaslandırılmış təkliflər hazırlamaq bacarığı; - Hesabat və təqdimat hazırlamaq, nəticələri müxtəlif maraqlı tərəflərə aydın şəkildə çatdırmaq bacarığı; - Azərbaycan dilini yüksək səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır; - Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət və işə sistemli yanaşma; - Əməkdaşların şəxsi və əməkhaqqı məlumatlarının məxfiliyinə riayət etmək.