Digər · Glorri
Əlaqə mərkəzi üzrə qrup rəhbəri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.09.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Çağrı mərkəzi əməkdaşlarının gündəlik fəaliyyətinin idarə edilməsi, zənglərə nəzarət və keyfiyyətin qiymətləndirilməsi vasitəsilə daxili proseslərin optimallaşdırılmasına dəstək; - Komandanın performansının izlənməsi və inkişafı yolu ilə Müştəri Məmnuniyyətinin İdarəolunması axınının effektiv işləməsinin təmin edilməsi; - Şirkət tərəfindən qoyulmuş məqsədlərə (KPI-lara) nail olmaq üçün komandaya rəhbərlik və dəstək göstərilməsi; - Əlaqə mərkəzinə daxil olan zənglərin, müraciətlərin (ümumi məlumat, şikayət və təklif xətləri) müntəzəm dinlənilməsi və qiymətləndirilməsi; - Əvvəlcədən müəyyən edilmiş keyfiyyət standartlarına (skriptə uyğunluq, ünsiyyət tərzi, problemin düzgün həlli və s.) əsasən qiymətləndirmə; - Qiymətləndirmə nəticələrinin sistemləşdirilməsi və müntəzəm hesabatların hazırlanması; - Operatorların gündəlik iş qrafikinin planlaşdırılması və icrasına nəzarət; - Zəng keyfiyyəti aşağı olan əməkdaşlar üçün əlavə təlim və inkişaf planlarının hazırlanması; - Komanda daxilində motivasiyanın artırılması və iş intizamına nəzarət; - Onlayn çat bölməsinə daxil olan sorğuların vaxtında və keyfiyyətli cavablandırılmasının təmin edilməsi; - Rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıq və sorğuların icrası. - Ali təhsil ; - Çağrı mərkəzi və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür); - Microsoft Office proqramları ilə işləmək bacarığı; - Yüksək səviyyədə Azərbaycan dili və rus dili biliyi ; - İngilis dili biliyi – minimum B1 səviyyəsi; - Yaxşı ünsiyyət bacarığı; - Müştəri yönümlülük ; - Dəqiqlik və məsuliyyətlilik, komandada işləmək bacarığı. Biz nə təklif edirik: - AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; - İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə); - İş yeri: Bayıl (servis xidməti mövcuddur); - Peşəkar inkişaf imkanı; - Könüllü tibbi sığorta; - Push30 proqramından 75% endirim ilə istifadə imkanı; - Landau School-da uşaqların təhsilində xüsusi endirimlər. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.