Mühəndislik və istehsalat · Glorri
Aparıcı mühəndis-konstruktor
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Tikinti sahəsinə təqdim olunan konstruktiv layihə və işçi sənədləri qəbul etmək, nəzərdən keçirmək və onların sahədə icra üçün uyğunluğunu qiymətləndirmək; - IFC, Shop Drawing, Method Statement, ITP, Material Submittal, RFI və digər texniki sənədləri konstruksiya hissəsi üzrə yoxlamaq və müvafiq rəy vermək; - Layihə ilə faktiki tikinti vəziyyəti arasında uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün texniki təkliflər hazırlamaq; - Layihəçi tərəfindən təqdim edilmiş konstruktiv həllərin tikinti sahəsində tətbiq imkanlarını qiymətləndirmək və zəruri hallarda texniki düzəlişlər üzrə təkliflər vermək; - RFI (Request for Information), Technical Query və digər texniki sorğuların hazırlanmasında və cavablandırılmasında iştirak etmək; - Sahədə aşkar edilmiş konstruktiv uyğunsuzluqlar üzrə NCR, Observation və digər keyfiyyət sənədlərinin hazırlanması və bağlanılması prosesində iştirak etmək; - Armatur işlərinin diametri, aralığı, yerləşməsi, bindirmə uzunluqları, ankerləmə, qoruyucu beton qatı və digər konstruktiv tələblərə uyğunluğunu yoxlamaq; - Qəlib və dayaq sistemlərinin layihəyə və təsdiq edilmiş metodologiyaya uyğunluğunu yoxlamaq; - Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını konstruksiya işləri üzrə izləmək və gecikmələr barədə rəhbərliyə məlumat vermək; - Sahədə aparılan konstruksiya işlərinin gündəlik və həftəlik monitorinqində iştirak etmək və görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin etmək; - Tikinti zamanı layihədə dəyişiklik tələb edən məsələləri müəyyən etmək, dəyişikliklərin texniki əsaslandırılmasında və müvafiq təsdiqlərin alınmasında iştirak etmək; - As-Built sənədlərinin faktiki tikinti vəziyyətinə uyğun hazırlanmasına nəzarət etmək; - Tikinti mərhələsinin sonunda konstruksiya işlərinin təhvil-təslim prosesində iştirak etmək və müvafiq texniki sənədləri yoxlamaq; - Konstruksiya işləri üzrə subpodratçıların təqdim etdiyi işlərin qəbulunda iştirak etmək; - Ali təhsil: İnşaat mühəndisliyi / Mülki tikinti / Konstruksiya mühəndisliyi ixtisası üzrə; - İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il, o cümlədən tikinti sahəsində praktiki iş təcrübəsi; - Konstruktiv layihələrin, işçi çertyojların və Shop Drawing-lərin oxunması və təhlili bacarığı; - Azərbaycan Respublikasında tətbiq olunan tikinti norma və qaydaları, AzDTN, SNİP, eləcə də layihədə tətbiq olunan beynəlxalq standartlar barədə biliklər,monolit dəmir-beton və metal konstruksiyaların tikinti texnologiyası üzrə praktiki biliklər,beton,armatur, metal konstruksiya və digər əsas konstruktiv materialların texniki xüsusiyyətləri və keyfiyyət tələbləri barədə biliklər; - Kompyuter bacarıqları: AutoCAD, MS Office və konstruktiv hesablama proqramları ilə işləmək bacarığı; - Texniki hesabatların, aktların və digər tikinti sənədlərinin hazırlanması bacarığı,RFI, NCR, Method Statement, ITP, Material Submittal və digər tikinti sənədləri ilə işləmə bacarığı; - Azərbaycan dili – səlis,İngilis dili – yaxşı; - Layihəçi, podratçı və digər tərəflərlə effektiv texniki kommunikasiya və koordinasiya bacarığı; - Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı; - Komandada işləmək və tikinti sahəsində operativ qərar qəbul etmək bacarığı; - İş təhlükəsizliyi, keyfiyyət və tikinti texnologiyası tələblərinə məsuliyyətli yanaşma.