Maliyyə və mühasibat · Glorri
Baş Auditor (Maliyyə istiqaməti üzrə)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 16.10.2026 · Son tarix: 15.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Təsdiq olunmuş illik Audit Planına və Audit Komitəsinin tapşırıqlarına əsasən audit layihələrini və audit sonrası tövsiyələrin icrasına nəzarəti həyata keçirmək; - Yaradılmış audit qrupuna rəhbərlik etmək, qrup üzvlərinin işinə nəzarət etmək və onların fəaliyyətini qiymətləndirmək; - Audit layihəsi üçün iş Proqramını hazırlamaq və çatışmazlıqların aşkar edilməsi üçün müvafiq audit prosedurlarını icra etmək, audit layihələrinin nəticələri üzrə dəqiq, keyfiyyətli və effektiv hesabatlar hazırlamaq; - Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək; - Bankda mühasibat uçotunun təşkili, aparılması və maliyyə əməliyyatlarının uçotda düzgün əks olunması proseslərinin auditi və qiymətləndirilməsini aparmaq; - Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanan maliyyə hesabatlarının dəqiqliyini, tamlığını və standartlara uyğunluğunu qiymətləndirmək; - Mərkəzi Banka və digər aidiyyəti orqanlara təqdim olunan rəsmi statistik və prudensial hesabatların doğruluğunu və tərtib olunma proseslərini qiymətləndirmək; - Maliyyə risklərinin (kredit, bazar, likvidlik, faiz dərəcəsi riskləri) idarə olunması və gözlənilən kredit itkilərinin hesablanması metodologiyasının və tətbiqinin effektivliyini qiymətləndirmək; - Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial normativ və tələblərinə (kapital adekvatlığı, likvidlik normativləri, açıq valyuta mövqeyi, böyük risklər üzrə limitlər və s.) uyğunluğun auditini aparmaq; - Audit tapşırığının icrası zamanı tapıntı və müşahidələrin risk və təsirini Bankın risk qiymətləndirmə metodologiyasına uyğun olaraq dəyərləndirmək; - Tapıntı və müşahidələrin köklü səbəblərini (root cause) araştırmaq, məsul şəxsləri müəyyən etmək, adekvat tövsiyələr vermək və nəticələri aidiyyəti şəxslərlə kommunikasiya etmək. - Ali iqtisadi, maliyyə və mühasibatlıq üzrə təhsil; - Ən azı 4 ili maliyyə auditi, mühasibatlıq və ya prudensial hesabatlılıq nəzarəti sahəsində olmaqla, minimum 3 illik bank sektoru və ya böyük audit şirkətlərində (Big4) iş təcrübəsi; - ACCA, CFA, CPA, CIA, DipIFR və ya maliyyə/audit üzrə digər beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür; - Beynəlxalq Maliyyə Hesabatı Standartları və Bank Mühasibatlığı üzrə mükəmməl biliklər; - Azərbaycan Respublikasının Mərkəzi Bankının prudensial normativləri, təlimatları və bank qanunvericiliyi üzrə dərin biliklər; - Bank əməliyyat proqramları və hesabatlılıq sistemləri ilə işləmək bacarığı; - Yüksək analitik təfəkkür, iri həcmli məlumatların təhlili və sintetik nəticəçıxarma qabiliyyəti; - Yüksək kommunikasiya və təqdimat bacarığı; - MS Office proqramlarından (xüsusilə Excel-dən dərin səviyyədə)peşəkar istifadə bacarığı; - İşgüzar ezamiyyətlərdə iştirak etmək imkanı; - Azərbaycan dili – mükəmməl (sərbəst yazılı və şifahi), İngilis dili – işgüzar səviyyədə.