Maliyyə və mühasibat · Glorri
Maliyyə planlaşdırılması və analizi üzrə mütəxəssis (FP&A)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 08.10.2026 · Son tarix: 30.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifə öhdəlikləri - Şirkətin illik büdcəsinin, rüblük və aylıq proqnozlarının hazırlanmasında iştirak etmək; - Maliyyə nəticələrinin büdcə və proqnozlarla müqayisəli təhlilini (Plan vs Actual) aparmaq; - Gəlir, xərclər, mənfəət və pul vəsaitlərinin hərəkəti üzrə müntəzəm hesabatlar hazırlamaq; - Maliyyə modellərinin hazırlanması və yenilənməsində iştirak etmək; - Biznes bölmələri ilə əməkdaşlıq edərək büdcə məlumatlarını toplamaq; - Xidmətlər, müştərilər və biznes istiqamətləri üzrə gəlirlilik (Profitability) analizləri aparmaq; - Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; - Cash Flow proqnozlarının hazırlanmasında iştirak etmək; - ERP və digər sistemlərdən məlumatları emal edərək analitik hesabatlar hazırlamaq; - Müasir rəqəmsal və AI alətlərindən istifadə edərək məlumatların analizi, hesabatların hazırlanması və rutin prosesləri avtomatlaşdırmaq; - Əsas əməliyyat göstəricilərinin – sərnişin sayı, xidmət növləri, gəlirlilik, məhsuldarlıq və digər biznes göstəricilərinin təhlilində iştirak etmək. Əmək şəraiti: - İş rejimi: 5 günlük (09:00-18:00); - İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı; - Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə; - Ödənişsiz parkinq imkanı. - Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil; - 1–2 il maliyyə analizi, büdcələşdirmə, FP&A və ya mühasibatlıq sahəsində iş təcrübəsi; - MS Excel proqramında yüksək səviyyədə biliklər (Pivot Tables, XLOOKUP, SUMIFS, IF və s.); - Power Query biliyi üstünlükdür; - Power BI, SQL, Python biliyi və digər hesabat/vizuallaşdırma alətləri ilə işləmə təcrübəsi arzuolunandır; - Analitik düşüncə, rəqəmlərlə işləmək bacarığı və detallara diqqət; - Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dilini işlək səviyyədə bilmək üstünlükdür; - ACCA, CIMA və ya CFA üzrə təhsil alan namizədlərə üstünlük verilir.