Satış və marketinq · Glorri
Korporativ satış müdiri
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 11.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Şirkətin korporativ satış strategiyasını hazırlamaq və icrasını təmin etmək; - Tikinti, sənaye, dövlət və özəl sektor üzrə iri layihələrin müəyyən edilməsi və satış imkanlarının araşdırılması; - İnşaat şirkətləri, podratçı təşkilatlar, layihə şirkətləri, developer və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi; - Şirkətin məhsul portfelinin (quru və maye inşaat məhsulları, boya, gips, mineral yun və digər məhsullar) layihələrə daxil edilməsini təmin etmək; - İllik, rüblük və aylıq korporativ satış planlarının hazırlanması və icrasına nəzarət etmək; - Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək və müəyyən edilmiş KPI-ların icrasına cavabdeh olmaq; - Tenderlərin, satınalma elanlarının və iri layihələrin davamlı monitorinqini aparmaq, iştirak strategiyasını formalaşdırmaq; - Müştərilər üçün kommersiya təkliflərinin, qiymət təkliflərinin və müqavilə şərtlərinin hazırlanmasına rəhbərlik etmək; - Korporativ müştərilərlə danışıqlar aparmaq, müqavilələrin bağlanmasını və icrasını təmin etmək; - Mövcud və potensial müştərilər üzrə satış proqnozlarını, bazar analizlərini və rəqabət mühitini mütəmadi olaraq təhlil etmək; - Satış komandası və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək, layihələrin vaxtında icrasını təmin etmək; - Debitor borclarına nəzarət etmək və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək; - Satış fəaliyyətinə dair həftəlik, aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; - Şirkətin bazar payının artırılması və yeni korporativ müştərilərin cəlb edilməsi istiqamətində təşəbbüslər irəli sürmək; - Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üzrə tədbirlər həyata keçirmək; Təhsil: Ali Yaş həddi: min 30 - max 50 yaş İş təcrübəsi: min 3 il – 5 il Kompüter biliyi: Microsoft office / Excel yaxşı Ezamiyyət imkanları Dil bilikləri Azərbaycan dili (ana dili). İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).