Hüquq · Glorri
Metodologiya üzrə mütəxəssis/Hüquqşünas
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 14.10.2026 · Son tarix: 13.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Qabaqcıl ölkələrin sığorta sahəsində tətbiq olunan hüquqi və institusional modellərini təhlil edir, onların uyğunlaşdırılması üzrə hüquqi və praktiki təkliflər verir; - Sığorta sektorunun tənzimlənməsi sahəsində normativ-metodoloji sənədlərin (təlimatlar, qaydalar və s.) layihələrinin hazırlanmasında iştirak edir; - Sığorta fəaliyyəti ilə bağlı potensial risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması məqsədilə hüquqi mexanizmlər hazırlayır və müvafiq təkliflər formalaşdırır; - Sığorta şirkətlərindən və digər maraqlı tərəflərdən daxil olan hüquqi məzmunlu müraciətləri araşdırır, cavabların hazırlanması və hüquqi mövqenin formalaşdırılması üzrə təlimatlar verir. - Qanunvericilik aktları ilə işləmək, hüquqi təhlillər aparmaq və normayaratma fəaliyyəti (hüquqi aktların layihələrinin hazırlanması) sahəsində təcrübə; - Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatların təhlili bacarığı; - Analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti; - Qabaqcıl ölkələrin təcrübəsinin araşdırılması, təhlili və yerli mühitə tətbiqi bacarığı; - Hüquqi normaların arxasındakı nəzəri əsasları və məntiqi təhlil edərək, praktiki yanaşma formalaşdırmaq bacarığı; - MS Office proqramları və hüquqi informasiya sistemləri üzrə yüksək səviyyədə kompüter savadı.