Logistika və nəqliyyat · Glorri
Sürücü (Yük maşını) - Mill
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 08.09.2026 · Son tarix: 31.10.2026
Mənbədə son yoxlanış: 19.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Un istehsalı müəssisəsində məhsulların təhlükəsiz və vaxtında təyinat nöqtələrinə çatdırılmasını təmin etmək. - Şirkətə məxsus yük avtomobilini təhlükəsiz və yol hərəkəti qaydalarına uyğun idarə etmək; - Yüklərin təhvil-təslimini müəyyən olunmuş marşrut üzrə vaxtında həyata keçirmək; - Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək və səliqəli saxlanılmasını təmin etmək; - Daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsini və təhvil verilməsini təmin etmək; - Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək. İmtiyazlar - 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə; - 🏥 Könüllü tibbi sığorta ; - 🍽️ Nahar ilə təminat ; - 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir. - BC kateqoriyalı sürücülük vəsiqəsi; - Yük avtomobili idarəetmə üzrə iş təcrübəsi; - Yol hərəkəti qaydalarını yaxşı bilmək; - Orta təhsil (arzuolunandır); - Fiziki sağlam olmaq; - Məsuliyyətli, intizamlı və punktual olmaq; - Komandada işləmək bacarığı.