Bütün vakansiyalar

Digər · Glorri

Baş energetik

Mətanət A Şirkətlər Qrupu27 Salyan şossesi, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 05.10.2026 · Son tarix: 04.11.2026

Mənbədə son yoxlanış: 18.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Ali texniki təhsil (energetika, elektrotexnika, enerji sistemləri mühəndisliyi və ya əlaqədar ixtisaslar üzrə); - Energetika və enerji təsərrüfatının idarə olunması üzrə əlavə ixtisasartırma və ya sertifikat proqramlarını bitirmək üstünlük hesab olunur. - Energetika və ya istehsalat sahəsində azı 3 il mühəndis və ya rəhbər vəzifədə iş təcrübəsi - Enerji təsərrüfatının istismarı, texniki xidmət və təhlükəsizlik sahəsində praktiki bilik və bacarıqların olması. - İşçilərə işə başlamazdan əvvəl işöncəsi təlimat keçmək və işçilərin təlimat vərəqinin imzalanmasının təmin edilməsi - Gün ərzində görüləcək işlərin işçilər arasında bölgüsünü aparmaq - Görülən işlərin icrasına nəzarət etmək - İşçilərlə birlikdə avandanlıqlara baxış keçirmək və onlarda nasazlıqları aşkar edərək planlı şəkildə avadanlıqların təmirinin icra edilməsinə nəzarət etmək - Günlük olaraq elektrik təchizat sistemini yoxlamaq və onların işlək vəziyyətdə olmasını təmin etmək - Müəssisəni enerji təchizatı ilə fasiləsiz olaraq təmin etmək - Bütün ərazidəki elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək - Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı, təmirinə və enerjinin qənaətlə sərfinə nəzarət etmək - Elektrik quraşdırma üzrə texniki şərtləri razılaşdırmaq və təsdiq etmək - İş yerində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihə və konstruktor sənədlərinə nəzarət etmək - İstehsal, quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq, zərurət yarandığı hallarda layihənin komanda üzvlərinə rəhbərlik etmək və təlim keçmək - Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaq - Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası - İstismarda olan elektrik avadadanlıqlarını dövlət enerji nəzarətindən vaxtlı-vaxtında sınaqlarının keçirilməsi və sənədlərinin qaydasında olmasını icra etmək - SƏTƏM qaydalarına əməl etmək. - Tabeliyində olan işçilərin təhlükəsiz şəraitdə işləməsinə və onların SƏTƏM qaydalarına əməl etməsinə birbaşa cavabdehlik daşımaq - Yanğın təhlükəsizliyi qaydalarına özünün və tabeliyində olan işçilərin əməl etməsini təmin etmək - Tabeliyində olan işçilərin növbə qrafikinin (ehtiyyac olduqda) təyin edilməsi - Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək; - Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək; - Zavodda elektrik sahəsində standartlaşdırma işlərini təşkil edir, standart və texniki şərtlərin istehsalatda tətbiq olunmasını nəzarətə götürmək; - Texnoloji avadanlıqlarının əmələ gələn qəzaların səbəblərini araşdırmaq və onların qarşısının alınması tədbirlərini hazırlamaq; - Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək; - Müəssisədaxili ərazilərin və zavoddaxili işıqlandırılma sistemini daim saz vəziyyətdə saxlmaq və nəzarət etmək