Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Büdcələmə və Maliyyə Hesabatlılığı üzrə Supervayzer

Landau Education GroupBaku, Azerbaijan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 02.10.2026 · Son tarix: 01.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Şirkətin illik büdcəsinin hazırlanması prosesinin koordinasiyasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə məlumatlarını təhlil etmək və konsolidasiya etmək; - Aylıq, rüblük və illik idarəetmə və pul vəsaiti hesabatlarının hazırlanmasını təmin etmək; - Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaların səbəblərini müəyyən etmək; - Büdcənin icrasına nəzarət etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq; - Dövri maliyyə proqnozlarının (Forecast / Rolling Forecast) hazırlanmasını və yenilənməsini koordinasiya etmək; - Müxtəlif biznes istiqamətləri, layihələr və investisiyalar üzrə maliyyə modelləri və ssenari analizləri hazırlamaq; - Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hazırlanması prosesində iştirak etmək və hesabatların düzgünlüyünü, tamlığını və ardıcıllığını təmin etmək; - İllik və zərurət yarandıqda aralıq xarici audit prosesinin planlaşdırılması, təşkili və koordinasiyasında iştirak etmək; - Büdcələmə, maliyyə hesabatlığı və audit proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək; - Şöbə daxilində iş bölgüsünün və tapşırıqların icrasının koordinasiyasında şöbə müdirinə dəstək göstərmək; - Şöbə müdirinin tapşırıqlarının icrasını təmin etmək və Şöbə müdirinin olmadığı hallarda səlahiyyət çərçivəsində şöbənin gündəlik fəaliyyətinin koordinasiyasını həyata keçirmək. - Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; - Büdcələmə, idarəetmə hesabatlığı və ya audit üzrə 4–5 il iş təcrübəsi; - Büdcələmə, forecasting, variance analysis, cash flow və maliyyə modelləşdirilməsi üzrə güclü bilik; - P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə; - Dəyişən prioritetlərə uyğunlaşmaq və bir neçə tapşırığı effektiv idarə etmək bacarığı; - MS Excel üzrə yüksək səviyyədə təcrübə; - Sərbəst Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi mütləqdir; rus dili biliyi isə üstünlükdür. - ACCA, DipIFR, CPA və ya digər beynəlxalq sertifikatlar (və ya bu istiqamətdə təhsil) üstünlükdür; - Power BI və digər BI/reporting alətləri üzrə bilik üstünlükdür; - 1C və ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür. Biz nə təklif edirik: - AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; - İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə); - İş yeri: Bayıl (servis mövcuddur); - Həyat yığım sığortası; - Könüllü tibbi sığorta; - Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı ; - Landau School-da uşaqların təhsilində xüsusi endirimlər; - Korporativ təlimlərə qatılma imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.