Bütün vakansiyalar

Logistika və nəqliyyat · Glorri

Anbardar (Hacıqabul)

Mətanət A Şirkətlər QrupuAtbulaq, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 20.08.2026 · Son tarix: 31.10.2026

Mənbədə son yoxlanış: 19.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Anbara daxil olan materialların, xammalın, ehtiyat hissələrinin, alətlərin və digər mal-material qiymətlilərinin qəbulunu həyata keçirir. - Qəbul zamanı faktiki miqdarları müşayiətedici sənədlərlə – qaimə, sifariş, təhvil-təslim aktı və digər sənədlərlə müqayisə edir. - Məhsulların və materialların xarici görünüşünü, qablaşdırılmasını, markalanmasını və mümkün zədələnmələri yoxlayır. - Aşkar edilmiş çatışmazlıq, artıq miqdar, zədə və ya sənədlə faktiki göstəricilər arasında uyğunsuzluq barədə dərhal birbaşa rəhbərinə məlumat verir. - Qəbul edilmiş materialların təyinatına, növünə, markasına, ölçüsünə və saxlanma şəraitinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsini təmin edir. - Metal məmulatların, ehtiyat hissələrinin, podşipniklərin, elektrik komponentlərinin, yağlayıcı materialların, alətlərin və digər istehsalat materiallarının qəbulu, saxlanılması və zədələnməsinin qarşısının alınmasını təşkil edir. - Materialların saxlanması zamanı paslanma, nəmlik, temperatur, tozlanma, mexaniki zədə və digər risklərdən qorunması üçün müəyyən edilmiş tələblərə əməl edir. - İstehsalat sahələrinə, sexlərə və digər struktur bölmələrinə materialları yalnız təsdiq edilmiş tələbnamə, qaimə və ya digər müvafiq sənədlər əsasında buraxır. - Materialların buraxılması zamanı nomenklatura, marka, ölçü, miqdar və digər göstəricilərin sənədlərə uyğunluğunu yoxlayır. - Anbara daxil olan və anbardan çıxan bütün mal-material əməliyyatlarının vaxtında uçota alınmasını təmin edir. - Elektron uçot sistemində və ya müvafiq anbar jurnallarında materialların giriş-çıxış əməliyyatlarını qeyd edir. - Faktiki anbar qalıqlarının uçot sistemi məlumatları ilə uyğunluğuna nəzarət edir. - Dövri və illik inventarizasiyalarda iştirak edir. - İnventarizasiya zamanı materialların faktiki sayılmasını, çəkilməsini və ölçülməsini həyata keçirir. - Aşkar olunmuş artıq və əskik qalıqlar barədə inventarizasiya komissiyasına və birbaşa rəhbərinə məlumat verir. - Minimum ehtiyat səviyyəsinə yaxınlaşan və ya tükənməkdə olan materiallar barədə vaxtında aidiyyəti şəxslərə məlumat verir. - Uzun müddət istifadə olunmayan, yararsız və zədələnmiş materialları müəyyən edir və rəhbərliyə məlumat verir. - Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanmasını təmin edir. - Keçid yollarının, yanğın çıxışlarının və yanğınsöndürmə vasitələrinin qarşısının bağlanmasına yol vermir. - Anbara icazəsiz şəxslərin daxil olmasına və material qiymətlilərinin icazəsiz çıxarılmasına yol vermir. - Təhsil: Ali və ya orta təhsil; - Yaş həddi: 26-40; - İş təcrübəsi: Minimum 3 il; - Dil bilikləri: Azərbaycan dili; - Kompüter bilikləri: MS Office bilikləri, 1C 8.3, SAP və digər anbar proqramları; - ERP sertifikatı arzuolunandır; İş şəraiti; - İş saatları: 08:00 - 17:00; - İş qrafiki: 6 gün, 1 gün istirahət; - İş yeri: Elberg Zavodu (Hacıqabul rayonu, Atbulaq kəndi). Biz nə təklif edirik: - Əmək haqqı (Razılaşma yolu ilə); - Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.