Mühəndislik və istehsalat · Glorri
Fəhlə (İstehsalat - Mill)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 05.10.2026 · Son tarix: 29.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
İstehsalat prosesində buğda emalı nəticəsində əldə olunan un və digər məhsulların müəyyən olunmuş standartlara uyğun şəkildə qablaşdırılması, çəkilməsi, markalanması və anbara təhvil verilməsini təmin etmək. - Hazır məhsulun (un və digər emal məhsullarının) qablaşdırılmasını həyata keçirmək - Qablaşdırılmış məhsulların markalanması və etiketlənməsində iştirak etmək - Paketlənmiş məhsulların anbara və ya yükləmə sahəsinə daşınmasına kömək etmək - Qablaşdırma avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə riayət etmək - Keyfiyyətə nəzarət qaydalarına əməl etmək - Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək - Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək İmtiyazlar - 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə; - 🏥 Könüllü tibbi sığorta ; - 🍽️ Nahar ilə təminat ; - 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir. - Dəqiqlik və diqqətlilik - Fiziki tam sağlam - Komanda ilə işləmə bacarığı - İstehsalat qaydalarına riayət etmə bacarığı