Bütün vakansiyalar

Satış və marketinq · Glorri

CRM sistemlərinin satış təmsilçisi

Innovasiya Soft MMC47 Füzuli Küçəsi, Bakı 1000, Azərbaycan
İş formatı:
Uzaqdan
Təcrübə:
Məlum deyil

Elan tarixi: 17.10.2026 · Son tarix: 16.11.2026

Mənbədə son yoxlanış: 19.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

SATIŞ BACARIĞINI YÜKSƏK GƏLİRƏ ÇEVİR! Vakansiya: B2B Satış Mütəxəssisi | CRM və Biznes Proqramları Satış etməyi bacarırsan? İnsanlarla ünsiyyəti sevirsən? Daha çox qazanc və karyera yüksəlişi istəyirsən? O zaman komandamızda sənin üçün yer var! İnnovasiya Soft MMC olaraq bizneslərin rəqəmsallaşmasına kömək edən CRM və proqram təminatı həllərimizin satışı üçün enerjili, iddialı və nəticəyönümlü komanda yoldaşları axtarırıq! Bank olmayan kredit təşkilatları (BOKT), lizinq, lombard, ticarət, anbar, satış və xidmət sektorlarında fəaliyyət göstərən şirkətlərlə işləmək fürsətin olacaq. SƏNƏ NƏ TƏKLİF EDİRİK? - Rəqabətli sabit əmək haqqı + yüksək satış bonusları - Qazancını satış nəticələrinlə artırmaq imkanı - Bakı şəhərinin mərkəzində müasir və rahat ofis - Ödənişli sınaq müddəti - Peşəkar inkişaf və karyera yüksəlişi - Dinamik, gənc və yeniliklərə açıq komanda - Satış və məhsul üzrə biliklərini inkişaf etdirmək imkanı - Rəsmi əmək müqaviləsi İş qrafiki: 10:00–18:00, həftə içi 5 gün. Şənbə növbəli, qısa iş günüdür. SƏNDƏN NƏ GÖZLƏYİRİK? - Aktiv şəkildə yeni korporativ müştərilər tapmaq və cəlb etmək - Müştərilərin biznes ehtiyaclarını anlamaq və uyğun proqram həllərini təqdim etmək - Görüşlər, danışıqlar və məhsul təqdimatları keçirmək - Kommersiya təklifləri hazırlamaq və satışları müqaviləyə çevirmək - Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq KİMLƏRİ AXTARIRIQ? - Satışa həvəsi, güclü ünsiyyət və inandırma bacarığı olan şəxsləri - Nəticəyə fokuslanan, təşəbbüskar və aktiv namizədləri - B2B satışda 1–2 il təcrübəsi olanlara üstünlük verilir - CRM, ERP, SaaS və ya IT məhsullarının satış təcrübəsi əlavə üstünlükdür - Rus və ya ingilis dili biliyi üstünlükdür - İqtisadiyyat, biznes, IT və marketinq üzrə təhsil arzuolunandır Əsas olan yalnız diplomun və iş stajın deyil — satış potensialın, öyrənmək istəyin və nəticə göstərmək bacarığındır! NECƏ MÜRACİƏT ETMƏLİ? E-mail: [email protected] Mövzu: B2B satış üzrə mütəxəssis Telefon: 055 120 30 30 Ünvan: Bakı, Füzuli küçəsi 47 , Füzuli Residence, 5-ci mərtəbə. Heydər Əliyev Sarayının yanı, 28 May və Nizami metrolarına yaxın. Sadəcə iş yeri yox, qazancını və karyeranı böyüdə biləcəyin fürsət axtarırsansa, CV-ni indi göndər! İnnovasiya Soft — texnologiyanı biznesə, satış bacarığını uğura çevir!