Tibb və səhiyyə · Glorri
Ginekologiya tibb bacısı
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 22.09.2026 · Son tarix: 22.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Vəzifənin təsviri: - Hamilə, doğuş edən və doğuşdan sonrakı dövrdə olan qadınların tibb bacılığı baxımını həyata keçirmək. - Ginekoloji xəstələrin vəziyyətini müşahidə etmək, qulluq prosesini təşkil etmək və həkim təyinatlarının icrasını təmin etmək. - Pasiyentlərin həyati göstəricilərini izləmək, qiymətləndirmək və nəticələri düzgün şəkildə sənədləşdirmək. - Pasiyentin vəziyyətində baş verən dəyişiklikləri vaxtında aşkar etmək və bu barədə həkimi məlumatlandırmaq. - Müalicə və qulluq planının icrasında iştirak etmək. - Dərman vasitələrinin həkim təyinatına uyğun hazırlanmasını və təhlükəsiz tətbiqini təmin etmək. - İnfuziya terapiyası, venoz giriş və digər əsas tibb bacısı prosedurlarını yerinə yetirmək. - Fetal monitorinq — NST/CTG cihazının istifadəsində iştirak etmək və nəticələrin ilkin müşahidəsini aparmaq. - Doğuş otağında, ginekoloji stasionarda və körpə otağında iş prosesinin düzgün təşkilinə dəstək göstərmək - Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı, gigiyenası və termal qorunması tədbirlərini həyata keçirmək; - Ana südü ilə qidalanma, laktasiya dəstəyi və yenidoğulmuş baxımı üzrə ana və ailə üzvlərini maarifləndirmək; - Doğum otağında ana və yenidoğulmuşun təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək; - Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım tədbirlərində iştirak etmək; - Pasiyent və yenidoğulmuşla bağlı aparılan müdaxilələri, müşahidə nəticələrini və tətbiq edilən dərmanları tibbi sənədlərdə düzgün qeyd etmək; - Elektron xəstə məlumat sistemlərində müvafiq qeydləri aparmaq; - Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydalarına riayət etmək; - Pasiyent təhlükəsizliyi, dərman təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun fəaliyyət göstərmək; - Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə əməl etmək; - Həkimlər, tibb bacıları, mama heyəti və digər aidiyyəti struktur bölmələri ilə multidissiplinar komanda şəklində əməkdaşlıq etmək; - Fövqəladə hallarda və əsas həyat dəstəyi tələb edən vəziyyətlərdə müəyyən olunmuş qaydalara uyğun hərəkət etmək. Namizədə tələblər: - Tibb bacısı işi, mamalıq işi üzrə orta ixtisas və ya ali tibb təhsili. - Mama-ginekologiya, doğum şöbəsi, ginekoloji stasionar və ya yenidoğulmuş baxımı sahəsində iş təcrübəsi üstünlükdür. - Qadın sağlamlığı, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə pasiyent baxımının əsas prinsipləri üzrə biliklər. - Ginekoloji xəstələrin və yenidoğulmuşların tibb bacılığı baxımı və müşahidəsi üzrə bilik və praktik bacarıqlar. - Həyati göstəricilərin monitorinqi, qiymətləndirilməsi və düzgün sənədləşdirilməsi bacarığı. - Fetal monitorinq — NST/CTG cihazından istifadə və nəticələrin ilkin qiymətləndirilməsi üzrə biliklər. - Doğuş otağı, ginekoloji stasionar və körpə otağında iş prosesinin təşkili üzrə biliklər. - Yenidoğulmuşun ilkin qiymətləndirilməsi, gündəlik baxımı və termal qorunması prinsipləri üzrə biliklər. - Ana südü ilə qidalanma, laktasiya dəstəyi və ailənin maarifləndirilməsi üzrə bilik və kommunikasiya bacarıqları. - Dərmanların təhlükəsiz hazırlanması və tətbiqi, infuziya terapiyası və venoz giriş prosedurları üzrə praktik bacarıqlar. - Aseptika, antiseptika, sterilizasiya və infeksiya nəzarəti qaydaları üzrə biliklər. - Təcili mama-ginekoloji vəziyyətlərdə və yenidoğulmuşun təxirəsalınmaz hallarında ilkin yardım prinsipləri üzrə biliklər. - Pasiyent təhlükəsizliyi, tibbi sənədləşmə və keyfiyyət standartları üzrə biliklər. - Elektron xəstə məlumat sistemləri və MS Office proqramlarından istifadə bacarığı. - Tibbi etika, peşə etikası və konfidensiallıq prinsiplərinə riayət etmə bacarığı. - Multidissiplinar komanda ilə işləmək, effektiv ünsiyyət və koordinasiya bacarığı. - Əsas həyat dəstəyi — BLS və ya müvafiq təcili yardım sertifikatlarının olması üstünlükdür.