Dizayn və yaradıcılıq · Glorri
Mexaniki Dizayn Mühəndisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 30.09.2026 · Son tarix: 30.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Mexaniki layihələndirmə üzrə məsləhətçi tenderlərini idarə etmək və RFP-lər üçün aydın və detallı İş Həcmi (Scope of Work) sənədlərini hazırlamaq. - Dizaynın İnkişafı mərhələsində mexaniki layihələndirmə məsləhətçilərinin fəaliyyətinə nəzarət və koordinasiya etmək, texniki dəqiqliyin və layihə tələblərinə uyğunluğun təmin olunmasını təmin etmək. - HVAC, santexnika, drenaj və yanğından mühafizə sistemlərinə dair mexaniki layihə sənədlərini dəqiqlik, icra oluna bilmə (constructability) və standartlara uyğunluq baxımından nəzərdən keçirmək və qiymətləndirmək. - Məsləhətçilər və podratçılar tərəfindən təqdim olunan RFI-lərə (Məlumat Sorğuları) operativ və texniki cəhətdən əsaslandırılmış cavablar vermək. - Mexaniki sistemlər üzrə podratçı submittallarını və shop drawing-ləri qiymətləndirmək, rəyləri məsləhətçilər və sahə komandaları ilə koordinasiya etmək. - Kommersiya Komandası ilə birgə dəyər mühəndisliyi (Value Engineering) təklifləri hazırlamaq və mexaniki sistemlər üzrə qənaətli həllərin tətbiqini təmin etmək. - QA/QC komandaları ilə sıx əməkdaşlıq edərək material submittallarını, metod bəyanatlarını nəzərdən keçirmək və layihə spesifikasiyalarına uyğunluğu təmin etmək. - Mexaniki sistemlər üzrə əsas texniki qərarların dəstəklənməsi və digər ixtisaslarla interfeysin təmin edilməsi məqsədilə layihə dizaynı və koordinasiya iclaslarında iştirak etmək. - İnteqrasiya olunmuş və koordinasiyalı dizayn paketlərinin əldə edilməsi üçün mexaniki ixtisasın digər ixtisaslarla sıx əlaqəsini təmin etmək. - Bütün müvafiq yerli və beynəlxalq mexaniki kodekslərə, təhlükəsizlik qaydalarına və ekoloji standartlara uyğunluğu təmin etmək. - Mexaniki Mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi. - Qonaqpərvərlik, yaşayış və F&B layihələrində, ilkin tikinti mərhələsindən təhvil-təslimə qədər bütün mərhələləri əhatə edən mexaniki layihələndirmə üzrə minimum 5+ il iş təcrübəsi. - Müştəri / developer tərəfində iş təcrübəsi üstünlükdür. - Layihənin bütün həyat dövrü üzrə — pre-konstruksiya mərhələsindən istismara vermə və təhvilə qədər — təcrübə. - Mürəkkəb bina layihələrində mexaniki sistemlər, inteqrasiya strategiyaları və koordinasiya üzrə güclü texniki bilik. - Beynəlxalq mexaniki standartlarla tanışlıq və onların layihəyə xas kontekstdə tətbiqi bacarığı. - AutoCAD, Revit MEP və HVAC / santexnika simulyasiya proqramları kimi mexaniki dizayn proqramlarında yüksək səviyyədə istifadə bacarığı. - Çoxşaxəli layihə komandalarında iş təcrübəsi ilə güclü kommunikasiya və koordinasiya bacarıqları. - Əla təşkilatçılıq və planlaşdırma bacarıqları; iş yükünü müstəqil idarə etmək və son tarixlərə əməl etmək qabiliyyəti. - İngilis dilində sərbəst yazılı və şifahi bilik. - Zərurət yarandıqda yerli və beynəlxalq ezamiyyətlərə açıq olmaq. - Proaktiv, detallara diqqətli və mürəkkəb texniki mühitlərdə təşəbbüs göstərmək qabiliyyətinə malik olmaq.