Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

İnşaat Mühəndisi

PASHA Real Estate GroupBakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 29.09.2026 · Son tarix: 29.10.2026

Mənbədə son yoxlanış: 19.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İnşaat mühəndisliyi üzrə məsləhətçi tenderlərini idarə etmək və RFP-lər üçün aydın və detallı İş Həcmi (Scope of Work) sənədlərini hazırlamaq. - Dizaynın İnkişafı mərhələsində inşaat mühəndisliyi məsləhətçilərinin fəaliyyətinə nəzarət və koordinasiya etmək, texniki dəqiqliyin və layihə tələblərinə uyğunluğun təmin olunmasını təmin etmək. - Konstruktiv, geotexniki və sahə inkişafı sistemləri ilə bağlı inşaat layihə sənədlərini dəqiqlik, icra oluna bilmə (constructability) və yerli/beynəlxalq standartlara uyğunluq baxımından nəzərdən keçirmək və qiymətləndirmək. - Məsləhətçilər və podratçılar tərəfindən təqdim olunan RFI-lərə (Məlumat Sorğuları) operativ və texniki cəhətdən əsaslandırılmış cavablar vermək. - İnşaat işləri üzrə podratçı submittallarını və shop drawing-ləri qiymətləndirmək, rəyləri məsləhətçilər və sahə komandaları ilə koordinasiya etmək. - Kommersiya Komandası ilə birgə dəyər mühəndisliyi (Value Engineering) təklifləri hazırlamaq və qənaətli inşaat həllərinin tətbiqini təmin etmək. - QA/QC komandaları ilə sıx əməkdaşlıq edərək material submittallarını, metod bəyanatlarını nəzərdən keçirmək və layihə spesifikasiyalarına uyğunluğu təmin etmək. - Layihə dizaynı və koordinasiya iclaslarında iştirak etmək, inşaat sistemləri üzrə əsas texniki qərarların qəbuluna dəstək vermək və digər ixtisaslarla interfeysi təmin etmək. - İnteqrasiya olunmuş və koordinasiyalı dizayn paketlərinin əldə edilməsi üçün inşaat mühəndisliyinin mexaniki, elektrik və memarlıq ixtisasları ilə sıx əlaqəsini təmin etmək. - Bütün müvafiq yerli və beynəlxalq inşaat norma və qaydalarına, təhlükəsizlik tələblərinə və ekoloji standartlara uyğunluğu təmin etmək. - İnşaat Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi. - Böyükmiqyaslı qonaqpərvərlik, yaşayış və kommersiya layihələrində, ilkin tikinti mərhələsindən təhvil-təslimə qədər bütün mərhələləri əhatə edən inşaat layihələndirmə üzrə minimum 5+ il iş təcrübəsi. - Müştəri / developer tərəfində iş təcrübəsi üstünlükdür. - Layihənin bütün həyat dövrü üzrə — pre-konstruksiya mərhələsindən istismara vermə və təhvilə qədər — təcrübə. - Mürəkkəb bina layihələrində inşaat sistemləri, inteqrasiya strategiyaları və koordinasiya üzrə güclü texniki bilik. - Beynəlxalq inşaat mühəndisliyi standartları ilə tanışlıq və onların layihəyə xas kontekstdə tətbiqi bacarığı. - AutoCAD, Revit və digər konstruktiv layihələndirmə və analiz proqramlarında yüksək səviyyədə istifadə bacarığı. - Çoxşaxəli layihə komandalarında iş təcrübəsi ilə güclü kommunikasiya və koordinasiya bacarıqları. - Əla təşkilatçılıq və planlaşdırma bacarıqları; iş yükünü müstəqil idarə etmək və son tarixlərə əməl etmək qabiliyyəti. - İngilis dilində sərbəst yazılı və şifahi bilik. - Zərurət yarandıqda yerli və beynəlxalq ezamiyyətlərə açıq olmaq. - Proaktiv, detallara diqqətli və mürəkkəb texniki mühitlərdə təşəbbüs göstərmək qabiliyyəti.