Digər · Glorri
Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin aparıcı/böyük/baş mütəxəssisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 12.10.2026 · Son tarix: 11.11.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Bankda risklərin idarə edilməsi prosesisinin çərçivəsini müəyyən edən normativ sənəd bazasını hazırlamaq; - Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanı təşkil etmək; - Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılması üzrə metod və modellərin seçilməsi, tətbiqi üçün təkliflər vermək və qərarların qəbul olunmasında iştirak etmək; - RCM yaradılması və davamlı nəzarəti prosesini həyata keçirmək; - İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasını təmin etmək; - Yaradılan yeni məhsul/xidmət, biznes proses, layihələrin risk əsaslı təhlilində iştirak etmək və qarşısının alınması üzrə təkliflər vermək ; - Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy vermək; - Bankda risk mədəniyyətinin artırılması məqsədilə maarifləndirmə işlərini həyata keçirmək; - Risklərin idarə edilməsinə dair hesabatlıq, məlumat və sənədlərin hazırlanmasını təşkil etmək; - İdarənin və Bankın Riskləri İdarəetmə Komitəsinə müzakirəyə təqdim olunan məsələləri kordinasiya etmək və müvafiq məlumatların Komitəyə tam və dolğun şəkildə təqdimatını təşkil etmək; - Strateji risklərin idarə edilməsinə dair proseslərdə iştirak etmək, rəy və təkliflər vermək; - Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi sistemi və nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün təkliflər vermək ; - İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili; - Xarici dil bilikləri (ingilis dili -zəruri); - MS Ofis proqramları ilə işləmə bacarığı; - Digər proqram təminatları ilə işləmə arzuolunandır. - Bank və ya maliyyə sahəsində azı 3-6 il iş təcrübəsi; - Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik bilikləri; - Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər, habelə beynəlxalq nəzəri və praktiki biliklər; - İşdə dəqiqlik və detallara fikirvermə bacarığı; - Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları; - Ünsiyyət və əməkdaşlıq bacarığı; - ERM üzrə təcrübə, bilik və bacarıqlar; - ESG üzrə biliklər arzuolunandır; - CERM, ISO 31000, PRM, CFA, FRM və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.