Digər · Glorri
5-ci dərəcəli kran operatoru (Bakı Limanı)
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 28.09.2026 · Son tarix: 28.10.2026
Mənbədə son yoxlanış: 18.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək; - Orta mürəkkəbli (0-75 ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək; - Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək; - Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək; - Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək; - Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq; - Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək; - Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək; - Portal kran operatoru (5-ci dərəcəli) sertifikatı; - Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşuna dair biliklər; - Yüklərin yerdəyişmə üsullarına dair biliklər; - Texnoloji avadanlığın quraşdırılmasına dair bilik və bacarıqlar; - Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsinə dair biliklər; - Kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətinə dair biliklər; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını bilmək; - Yanğından mühafizənin norma və qaydalarına dair biliklər; - Peşəkar ehtiyatlılıq; - Risklərin idarə edilməsi; - Problem həll etmə.