Bütün vakansiyalar

Digər · Glorri

Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis

Xalq Bankİnşaatçılar pr. 22L
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 09.10.2026 · Son tarix: 08.11.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək; - Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək; - Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək; - Təlim proqramlarında iştirak edərək risklərin idarə edilməsinə dair bilik və bacarıqların artırılması; - Risklərin idarə edilməsi məqsədilə Bankın struktur bölmələrindən alınmış məlumatları təhlil etmək və nəticələrlə bağlı şöbə rəisini məlumatlandırmaq; - Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək; - Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək. - İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili; - Xarici dil bilikləri (ingilis dili -zəruri); - MS Ofis proqramları ilə işləmə bacarığı; - Digər proqram təminatları ilə işləmə arzuolunandır. - Bank və ya əlaqəli maliyyə sektorunda bank təcrübəsi olması arzuolunandır; - Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır); - İşdə dəqiqlik və detallara fikirvermə bacarığı; - Bilik və bacarıqların artırılmasına maraqlı olmaq; - Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları; - Ünsiyyət və əməkdaşlıq bacarığı; - ESG üzrə biliklər arzuolunandır; - CERM, ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.