Maliyyə və mühasibat · Glorri
KOB (SME) kreditləri üzrə aparıcı /baş mütəxəssis
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Məlum deyil
Elan tarixi: 17.09.2026 · Son tarix: 17.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması; - Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması; - Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi; - Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək; - Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak; - Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi; - Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması; - Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi; - Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq; - Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi; - Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili; - Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi; - Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək; - Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması; - Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması; - Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması; - Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası. - Ali təhsil; - Vəzifəyə əsasən bank sahəsində müvafiq istiqamətdə minimum 6 ay iş təcrübəsi - Satış və təqdimat bacarıqları; - Riyazi biliklər; - Danışıqlar aparmaq və inandırmaq bacarığı; - Kredit məhsulları üzrə ilkin biliklər; - Yeni müştərilərin axtarışı və əlaqələrin idarə olunması bacarığı; - Korporativ satış sahəsində təcrübə üstünlükdür; - Maliyyə təhlili və biznes analizinə maraq; - Komandada işləmək bacarığı.