İnzibati və ofis · Glorri
Müştəri xidmətləri təmsilçisi
- İş formatı:
- Məlum deyil
- Təcrübə:
- Başlanğıc (Junior)
Elan tarixi: 13.10.2026 · Son tarix: 30.10.2026
Mənbədə son yoxlanış: 17.10.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
1. Marketinq və Tanıtım Fəaliyyətləri - Qəbul, Marketinq və Kommunikasiya Bölməsinin müdirinin göstərişi əsasında həyata keçirilən marketinq fəaliyyətlərində və kampaniyalarında üzərinə düşən vəzifə və öhdəlikləri icra edir. - KİPİNA Uşaq Bağçasının tanıtım fəaliyyətlərini və tədbirlərini təsdiqlənmiş marketinq və kommunikasiya standartlarına uyğun şəkildə planlaşdırır və həyata keçirir. - Potensial valideyn bazasının müəyyənləşdirilməsi, formalaşdırılması və genişləndirilməsi işlərini həyata keçirir, onlarla ilkin və davamlı əlaqələr qurur. - Potensial valideynləri bağçaya dəvət edərək tanıtım görüşlərini və müəssisənin təqdimatını həyata keçirir; təhsil proqramları, xidmətləri və üstünlükləri barədə ətraflı məlumat verir. 2. Müraciətlərin İdarə Olunması və Şagird Qəbulu - Bütün kommunikasiya kanalları vasitəsilə (telefon, sosial media, elektron poçt, veb-sayt, elektron müraciət sistemi və s.) daxil olan müraciətləri və zənglərə nəzakətli və peşəkar şəkildə cavab verir. - Valideyn ön qeydiyyat formalarının hazırlanması və doldurulmasını təmin edir. - Yeni şagirdlərin qəbul prosedurlarına uyğun olaraq qiymətləndirmə və qəbul proseslərinin təşkilində iştirak edir. - Valideynlərin akademik məsələlərlə bağlı aidiyyəti rəhbərlərlə görüşlərinin təşkilini təmin edir. - Qəbul olunmuş uşaqların valideynləri ilə qeydiyyat şərtlərini dəqiqləşdirir, müqavilələrin hazırlanmasını təmin edir və maliyyə prosesləri üçün aidiyyəti bölmələrlə koordinasiyanı həyata keçirir. - Valideynlərə KİPİNA Uşaq Bağçasının daxili qaydaları, prosedurları və istifadə olunan platformalar barədə ətraflı məlumat verir. 3. Gündəlik Əməliyyatlar və Valideynlərlə Kommunikasiya - Məktəbəqədər təhsil üzrə akademik direktor müavininin rəhbərliyi altında uşaqların təhlükəsiz şəkildə gündəlik qəbulu və təhvil verilməsi prosesini təşkil edir, müvafiq prosedurlara ciddi riayət olunmasını təmin edir. - Valideynlərlə məktəbəqədər təhsil bölməsi arasında operativ və effektiv kommunikasiya qurur; onların gündəlik müraciətlərini, şikayət və təkliflərini qəbul edərək aidiyyəti üzrə yönləndirir və nəticələrini izləyir. - Valideyn məmnuniyyətinin artırılması istiqamətində fəaliyyət göstərir, onlara göndərilən elan, bildiriş və digər məlumatlandırıcı materialların hazırlanmasına və çatdırılmasına dəstək verir. 4. Korporativ Tədbirlərin Təşkili - İllik İş Təqviminə uyğun olaraq keçirilən bütün korporativ tədbirlərin (açıq qapı günləri, təqdimatlar, seminarlar, bayram tədbirləri, sərgilər və s.) planlaşdırılması, qeydiyyatı, kommunikasiyası və koordinasiyası işlərini həyata keçirir. - Tədbirlər və bağçada keçirilən görüşlər zamanı valideynlərin qarşılanmasını, məlumatlandırılmasını və aidiyyəti üzrə yönləndirilməsini təmin edir. - İllik iş təqvimində edilən dəyişiklikləri mütəmadi izləyir və fəaliyyətini buna uyğun planlaşdırır. 5. Hesabatlılıq və İnzibati Öhdəliklər - İnstitusional qaydalara uyğun olaraq, inzibati baxımdan Qəbul, Marketinq və Kommunikasiya Bölməsinin müdirinin, funksional baxımdan isə Məktəbəqədər təhsil üzrə akademik direktor müavininin verdiyi tapşırıqları icra edir. - Bütün dövri iclaslarda iştirak edir və öz fəaliyyət sahəsi üzrə qəbul edilmiş qərarların vaxtında icrasını təmin edir. - Daxil olan müraciətlər, sorğular və ziyarətlər üzrə, həmçinin fəaliyyət istiqaməti üzrə tələb olunan aylıq və illik hesabatları hazırlayaraq rəhbərliyə təqdim edir. - Gündəlik əməliyyat fəaliyyəti ilə bağlı məlumatları toplayaraq Məktəbəqədər təhsil üzrə akademik direktor müavininə təqdim edir. - Qeydiyyatdan imtina edən valideynlərlə bağlı məlumatları toplayır, imtina səbəblərini araşdırır və müvafiq hesabatlar hazırlayır. 6. Ümumi Korporativ Qaydalar - KİPİNA Uşaq Bağçasının rəsmi elektron poçt ünvanını və digər kommunikasiya vasitələrini gündəlik izləyir, daxil olan məktub/sorğuların aidiyyəti şəxslərə vaxtında çatdırılmasını və yönləndirilməsini təmin edir. - Bütün fəaliyyətini daxili və xarici müştəri məmnuniyyəti və məlumatların məxfiliyi prinsipləri əsasında həyata keçirir, bağçanı öz sahəsinə uyğun olaraq peşəkarlıqla təmsil edir. - Digər bölmələrdən daxil olan sorğuların icrasına dəstək göstərir. - İş prosesinin axsaqlıqsız davam etməsi üçün satınalma ehtiyaclarını rəhbərliyə bildirir və istifadə etdiyi avadanlıqlardakı texniki nasazlıqlar barədə aidiyyəti bölmələri məlumatlandırır. - Rəhbərlik tərəfindən təsdiq edilmiş digər əlavə vəzifə öhdəliklərini icra edir. 1. Təhsil, Təcrübə və Dil Bilikləri - Təhsil: Təhsil, Biznesin idarə edilməsi, Marketinq, Menecment, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (üstünlükdür). - İş Təcrübəsi: Müştəri xidmətləri, qəbul, satış, marketinq və ya təhsil sahəsində iş təcrübəsi (üstünlükdür). - Dil Bilikləri: Azərbaycan dili – Mükəmməl (C2); İngilis dili – Minimum orta (B2); Rus dili – Minimum orta (B2). 2. Peşəkar və Qanunvericilik Bilikləri - Azərbaycan Respublikasının "Təhsil haqqında" və "Uşaq hüquqları haqqında" qanunları, eləcə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının əsas prinsipləri barədə məlumatlı olmaq. - Məktəbəqədər təhsil sahəsində müasir yanaşmaları, həmçinin müştəri xidməti və korporativ kommunikasiya prinsiplərini bilmək. - Fəaliyyət sahəsinə aid əmək qanunvericiliyi müddəaları, məlumat məxfiliyi, əməyin mühafizəsi, sanitar-gigiyena və yanğından mühafizə qaydaları barədə ümumi məlumata malik olmaq və onlara ciddi riayət etmək. 3. Texniki və Funksional Bacarıqlar - MS Office proqramlarından (Word, Excel, PowerPoint, Outlook) sərbəst istifadə bacarığı. - Elektron poçt, onlayn kommunikasiya platformaları və CRM sistemləri ilə işləmək təcrübəsi. - Məlumatların təhlili, peşəkar hesabatların və təqdimatların hazırlanması bacarığı. 4. Şəxsi və Davranış Kompetensiyaları (Soft Skills) - Effektiv Kommunikasiya: Yüksək yazılı/şifahi ünsiyyət, təqdimat bacarığı, səbirlilik və nəzakətli davranış nümayiş etdirmək. - Müştəri Yönümlülük və EQ: Yüksək emosional zəka (EQ), daxili və xarici müştərilərlə peşəkar münasibətlər qurmaq və münaqişələri konstruktiv idarə etmək bacarığı. - İşin Təşkili: Vaxtın səmərəli idarə olunması, planlaşdırma, prioritetləşdirmə və eyni vaxtda bir neçə tapşırığı (multitasking) nəticəyönümlü idarə edə bilmək. - Peşəkar Yanaşma: Məsuliyyətlilik, yüksək etik davranış standartları, proaktivlik və inkişafa/yeniliklərə açıq düşüncə tərzi (Growth Mindset). İş yeri: Kipina - İnşaatçılar filialı İş saatları: 08:30-17:30