Bütün vakansiyalar

Digər · Glorri

Sərnişin vaqonunun bələdçisi

Azərbaycan Dəmir Yolları237 Dilarə Əliyeva Küçəsi, Bakı, Azərbaycan
İş formatı:
Məlum deyil
Təcrübə:
Məlum deyil

Elan tarixi: 15.10.2026 · Son tarix: 30.10.2026

Mənbədə son yoxlanış: 17.10.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Səfərə başlamazdan əvvəl vaqona daxili və xarici baxış keçirmək, texniki, sanitar və təhlükəsizlik baxımından hazır vəziyyətdə olmasını yoxlamaq. - Vaqonda qapılar, oturacaqlar, sanitar qovşaqları, su və gigiyena vasitələri, yanğın təhlükəsizliyi avadanlıqları və digər avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək. - Vaqonun isitmə, havalandırma, kondisioner, elektrik və digər mühəndis sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək. - Mövsümə uyğun olaraq isitmə sisteminin fasiləsiz fəaliyyətini və tələb olunan yanacaq ehtiyatının mövcudluğunu təmin etmək. - İlk tibbi yardım çantasının, təmizləmə inventarlarının və digər zəruri ləvazimatların tamlığını yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək. - Sərnişinlərin biletlərini və zəruri hallarda şəxsiyyətini təsdiq edən sənədlərini yoxlamaq, onların vaqonda müvafiq yerlərdə əyləşdirilməsini təmin etmək. - Təhlükəsizlik qaydalarına uyğun olaraq qadağan olunmuş əşyaların daşınmasının qarşısını almaq, baqaj və ev heyvanlarının müəyyən olunmuş qaydalara uyğun daşınmasına nəzarət etmək. - Sərnişinlərə yüksək xidmət göstərmək, onların təhlükəsiz və rahat səfərini təmin etmək. - Səfər müddətində vaqonun təmizliyinə, sanitar-gigiyenik vəziyyətinə və komfortlu temperatur rejiminə daim nəzarət etmək. - Yataq yerləri olan vaqonlarda sərnişinləri yataq dəstləri ilə təmin etmək, ehtiyac yarandıqda yaşlı, əlilliyi olan, xəstə və azyaşlı uşaqları müşayiət edən sərnişinlərə kömək göstərmək. - Sərnişinləri qatarın dayanacaqları, dayanma müddəti və digər zəruri məlumatlar barədə vaxtında məlumatlandırmaq. - Səfər başa çatdıqdan sonra vaqonu təhvil vermək, istifadə olunmuş materialların uçotunu aparmaq və müəyyən edilmiş qaydada təhvil vermək. - Növbəli iş qrafiki (daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan). - Təhsil səviyyəsi: Ümumi orta təhsil ; - Xarici dil bilikləri: Rus və ya ingilis dili biliyi üstünlükdür; - Diqqətlilik; - Müştəri yönümlülük ; - Şifahi ifadə; - Peşəkar ehtiyatlılıq; - Problem həll etmə bacarığı.