Axtarış bir yerdə
Müxtəlif saytlardakı elanları bir yerdə araşdır, profilinə uyğun vakansiyaları seç. Hər dəfə axtarışa sıfırdan başlama.
İŞ AXTARIŞI VƏ MÜRACİƏT AGENTİ · AZƏRBAYCANDA İŞ AXTARANLAR ÜÇÜN
Hər elanı ayrı axtarmağa, eyni məlumatları yenidən yazmağa daha az vaxt sərf et. Profilini bir dəfə qur: AISE sənə uyğun vakansiyaları seçir, hər elan üçün təsdiqlədiyin faktlarla CV və motivasiya məktubu hazırlayır, sən təsdiqləyəndə elanın e-poçt ünvanına göndərir və hər müraciəti bir yerdə izləyir.
İndi: müraciəti yoxla və təsdiqlə, AISE göndərsin. Hər müraciəti ayrıca təsdiqləmədən avtomatik göndəriş hazırda açıq deyil.
ABB Innovation6-cı inkubasiya proqramıRəsmi rezident startap
NÜMUNƏSintetik namizəd
CV-ni və ya LinkedIn PDF-ini yüklə. Nəyin oxunduğunu və nəyin əmin olunmadığını göstəririk; tarix yoxdursa, boş qalır, sən düzəldirsən.
Müxtəlif saytlardakı elanları bir yerdə araşdır, profilinə uyğun vakansiyaları seç. Hər dəfə axtarışa sıfırdan başlama.
Təsdiqlədiyin profil faktlarından hər vakansiya üçün CV və motivasiya məktubu hazırla. Sən yoxla, lazım olanı düzəlt.
Elanın e-poçt ünvanını və sənədlərini yoxla, göndərişi təsdiqlə. AISE göndərsin, sən müraciətini bir yerdə izlə.
NƏ HAZIRDIR, NƏ HAZIRLANIR
Burada yazılanlar məhsulda olanlardır. Hələ sınaqda olanı ayrıca göstəririk və hazır olmayan imkanı reklam etmirik.
Tələbə, məzun, təcrübəli mütəxəssis və ya sahəsini dəyişən: profilini qur, uyğun elanlara hazırlıqlı müraciət et və hamısını bir yerdə izlə.
Tələbələrinizin karyera dəstəyinə sponsorluq edin. Pilotda dəvətləri və ümumi hesabatı AISE komandası hazırlayır; tələbələrin şəxsi sənədləri onlarda qalır.
Vakansiyanı yerləşdir, müraciətləri və əlavə olunmuş sənədləri bir paneldə yoxla.
CV VƏ MÜRACİƏT
Eyni CV-ni hər yerə göndərmək əvəzinə, seçdiyin elan üçün təcrübəni ən aydın göstərən CV və motivasiya məktubu hazırlanır.
Məqsəd daha aydın və vakansiyaya daha uyğun müraciətlərdir; müsahibə vəd edilmir. Harvard CV şablonunun quruluşundan istifadə olunur; Harvard Universiteti ilə əlaqə, təsdiq və ya sertifikat yoxdur.
Ödənişsiz hesab yaratVAKANSİYALAR
PLANLAR
Vakansiyalar, profil və müraciət cədvəli hamı üçün ödənişsizdir. Planlar sənəd və e-poçt müraciəti sayını artırır.
Yalnız sən təsdiqləyəndən sonra. Hər müraciətdə alıcını, mətni və sənədləri görürsən; təsdiqlədiyin məhz həmin nüsxə göndərilir, sonradan dəyişsə yenidən təsdiq istənir. Qaydalarla avtomatik göndəriş hələ açıq deyil; açılanda yalnız ayrıca icazənlə işləyəcək və istənilən an dayandırıla biləcək.
Xeyr. CV və məktub yalnız profilindəki və təsdiqlədiyin faktlara əsaslanır. Bir tələb profilində göstərilməyibsə, bunu “profilində göstərilməyib” kimi görürsən, “səndə yoxdur” kimi yox. Məlumat çatışmayanda qısa sual veririk; cavab vermək məcburi deyil.
Elanın özündə göstərilən üsulla. Elan e-poçt ünvanı verirsə, müraciət AISE-dən həmin ünvana sənin təsdiqinlə gedir. Başqa saytdakı forma tələb olunursa, keçid verilir; Premium-da Chrome brauzer köməkçisi formadakı ad və əlaqə sahələrini doldurur, göndərməni isə sən edirsən.
Xeyr, əksər hallarda lazım deyil. Vakansiyalar, sənədlər, e-poçt müraciəti və müraciət cədvəli saytda işləyir. Genişlənmə yalnız işəgötürənin öz saytındakı formanı kompüterdə doldurmaq üçündür.
Azərbaycan, ingilis və rus dillərində. Ad, şirkət adları və texniki terminlər olduğu kimi saxlanılır.
Açıq iş elanı saytlarından və şirkətlərin öz karyera səhifələrindən. Hər elanda mənbə və müraciət üsulu göstərilir.
Xeyr. Məqsəd təcrübəni daha aydın göstərən, elana uyğun müraciətdir. Qərarı işəgötürən verir.
SƏNİN KARYERAN. SƏNİN QƏRARIN.
Kart tələb olunmur. Elanlara baxmaq üçün qeydiyyat lazım deyil.