Bütün vakansiyalar

Digər · Glorri

Risklərin Idarə Edilməsi və Daxili Nəzarət üzrə Menecer

PMD Group MMCPort Baku Towers, Bakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 04.11.2026 · Son tarix: 22.11.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Qrup və törəmə müəssisələrdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması və təkmilləşdirilməsi proseslərini əlaqələndirmək; - Risklərin idarə edilməsi və daxili nəzarət üzrə siyasətlərin, metodologiyaların, daxili qayda və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək; - Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risk reyestrlərinin yenilənməsi, eləcə də əsas risk indikatorlarının monitorinqi proseslərini əlaqələndirmək; - Yeni layihələrin, investisiya qərarlarının və mövcud biznes proseslərinin risk qiymətləndirilməsini təşkil etmək, nəticələr əsasında təkliflər hazırlamaq; - Qrup və törəmə müəssisələrdə daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək; - Təsdiq edilmiş monitorinq planına uyğun olaraq risk əsaslı, tematik və proses əsaslı daxili nəzarət yoxlamalarının təşkilini və aparılmasını əlaqələndirmək; - Biznes proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq; - Risklərin, nəzarət boşluqlarının və audit nəticəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanmasını əlaqələndirmək və onların icrasına nəzarət etmək; - Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların hazırlanmasını təmin etmək, nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə təqdim etmək; - Ona həvalə edilmiş işlərin planlaşdırılmasını, mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsini və hazırlanmış materialların keyfiyyətinin qiymətləndirilməsini təmin etmək; - Şirkətdə risk və daxili nəzarət mədəniyyətinin inkişaf etdirilməsində iştirak etmək, zərurət yarandıqda xidməti ezamiyyətlərə getmək. - Maliyyə, iqtisadiyyat, idarəetmə, audit və ya digər uyğun ixtisas sahəsi üzrə ali təhsil; - Risklərin idarə edilməsi, daxili nəzarət və ya audit sahəsində minimum 8 il iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifədə); - Risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması, qiymətləndirilməsi və monitorinqi üzrə praktiki təcrübə; - COSO ERM, COSO Internal Control, ISO 31000 prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyaları üzrə biliklər; - Güclü analitik düşünmə, təşkilatçılıq, işlərin əlaqələndirilməsi, hesabat və təqdimatların hazırlanması bacarıqları; - CIA, CRMA, FRM, CERM və digər müvafiq peşəkar sertifikatların olması üstünlükdür; - Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə, rus dili – arzuolunandır; - MS Office proqramlarında, xüsusilə MS Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı.