Bütün vakansiyalar

Digər · Glorri

Risklərin İdarə Olunması və Daxili Nəzarət üzrə Aparıcı / Baş Mütəxəssis

PMD Group MMCPort Baku Towers, Bakı, Azərbaycan
Məşğulluq:
Tam ştat
Təcrübə:
Təcrübəli (Senior)

Elan tarixi: 04.11.2026 · Son tarix: 22.11.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Şirkətdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması prosesində iştirak etmək - Risklərin idarə olunması və daxili nəzarət üzrə daxili qayda və prosedurların hazırlanması və mütəmadi yenilənməsinə dəstək vermək - Daxili nəzarət boşluqlarını müəyyən etmək, riskləri təhlil etmək və onların dövri qiymətləndirilməsində iştirak etmək - Şirkətin mövcud və potensial riskləri, onların dinamikası və idarə olunması üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək - Risklərin idarə olunması və daxili nəzarət proseslərinin müxtəlif mərhələləri üzrə nəticələrin hazırlanması və təqdim olunmasında iştirak etmək - Şirkətdə risk mədəniyyətinin formalaşdırılması və inkişafına töhfə vermək - Şirkətdaxili normativ sənədləri və biznes proseslərini təhlil etmək, aşkar edilən uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək - Əsas biznes prosesləri üzrə monitorinqlərin təşkilinə nəzarət etmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq - Əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və hesabatlar təqdim etmək - Daxili və xarici audit nəticələrini təhlil etmək, aşkarlanmış uyğunsuzluqlar üzrə tədbirlər planı hazırlamaq - Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək - Maliyyə, İqtisadiyyat, İdarəetmə, Audit və ya Risk sahələri üzrə bakalavr təhsili olmalı - ACCA, CFI, CFA, FRM, CIA, CRMA, MOSE, CERM, COSO kimi beynəlxalq peşəkar sertifikatlara sahib olmaq üstünlükdür - Risk, Audit və ya Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi olmalı - Azərbaycan dili – mükəmməl, Rus və İngilis dilləri – arzuolunandır - MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmək bacarığı olmalı - Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması metodologiyaları üzrə bilikləri olmalı - Daxili nəzarət və risk idarəetmə sistemlərinin qurulması və monitorinqi üzrə bilikləri olmalı - Analitik düşünmə və problemlərin həlli bacarıqları olmalı - Hesabatların hazırlanması və təqdimat bacarığı olmalıdır