Mühəndislik və istehsalat · Glorri
Layihələrdə texniki dəstək üzrə mütəxəssis
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 04.11.2026 · Son tarix: 04.12.2026
Mənbədə son yoxlanış: 04.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Təsvir: Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Şirkətimizin layihələr üzrə texniki sənədləşmə və sənəd dövriyyəsi proseslərini müstəqil idarə edəcək, sifarişlərin və sənədlərin düzgün, vaxtında icrasını təmin edəcək Layihələrdə texniki dəstək üzrə mütəxəssis axtarırıq. Bu rol sifariş sənədlərinin hazırlanmasına və Aconex sisteminə yüklənilməsinə, elektron arxivin idarə edilməsinə, sənədlərin son versiyalarının müvafiq tərəflərə çatdırılmasına və layihələr üzrə müntəzəm LOG ilə həftəlik hesabatların hazırlanmasına cavabdeh olacaq. Bu vəzifədə uğur qazanmaq üçün sənəd dövriyyəsi və texniki dəstək prosedurlarını praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır. Əsas öhdəliklər: Sifariş və sənəd dövriyyəsinin idarə olunması - Şirkətin fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq sifariş sənədlərinin hazırlanmasını, Aconex sisteminə düzgün yüklənilməsini və icra prosesini nəzarətdə saxlamaq. - Əməliyyatların texniki məqsədlər üçün düzgün təsnifləşdirilməsini və müvafiq sənədlərlə əsaslandırılmasını təmin etmək. - Sifarişlərin prosesdə olan nəticələri, eləcə də layihələr üzrə LOG hesabatlarını və həftəlik hesabatları hazırlamaq və aidiyyəti üzrə paylaşmaq. - Sənədlərin son versiyasının toplanması, saxlanılması və izlənilə bilməsini sistemli şəkildə təmin etmək. Arxiv və məlumat bazasının idarə edilməsi - Şirkətin sistem arxivində sənədlərin saxlanması, qorunması, idarə olunması və sonrakı proseslərə nəzarət etmək. - İdarə olunan sənədlərin elektron arxivdə nəzarətini təmin etmək və köhnəlmiş sənədlərin dövriyyədən çıxarılmasına nəzarət etmək. - Sənədlərin qısa zamanda bərpasını təmin etmək üçün bütün sistemləşdirilmiş sənədlərin kompüter məlumat bazasının mövcudluğunu qorumaq. - Sənədlərin ən son versiyasının təhlilini aparmaq və bütün müvafiq istifadəçilərə vaxtında çatdırılmasını təmin etmək. Proseslərin təhlili və daxili nəzarət - Sənədləşdirmə prosesini təhlil etmək, o cümlədən uyğunluq (compliance) və nəzarətin təmin olunmasını həyata keçirmək. - Şirkətin daxili proseslərinə uyğun olaraq Sifariş sənəd dövriyyəsi ilə bağlı müəyyən olunmuş qayda və prosedurlara dəqiq riayət etmək. - Əməliyyatların texniki aspektləri üzrə müvafiq struktur bölmələrinə dəstək vermək və məlumatlandırmaq. - Sənəd dövriyyəsi proseslərində səhv riskinin azaldılması və səmərəliliyin artırılması üçün təkmilləşdirmələr təklif etmək. - İnşaat, mühəndislik, biznesin idarə edilməsi, texniki və ya digər müvafiq ixtisas üzrə ali təhsil. - Müvafiq sahə (sənəd dövriyyəsi / texniki dəstək / layihələrin idarə olunması) üzrə minimum 2 il iş stajı. - MS Office proqramlarını yaxşı, 1C proqramını orta səviyyədə bilmək; Aconex sistemi ilə işləmək bacarığı və AutoCAD proqramı üzrə biliklər (arzuolunandır). - Yaxşı səviyyədə təşkilatçılıq, problemi həll etmək, qərarvermə və effektiv ünsiyyət bacarıqları. - Layihə sənəd dövriyyəsi standartları, elektron arxivləşdirmə və daxili nəzarət prosedurları üzrə praktiki təcrübə. - Sənəd dövriyyəsi və texniki dəstək proseslərini başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı. Qeyd: Vakansiya müvəqqəti olaraq analıq məzuniyyətində olan əməkdaşın yerinə nəzərdə tutulub.