Mühəndislik və istehsalat · Glorri
Elektrik Keyfiyyətə Nəzarət Mühəndisi
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 04.11.2026 · Son tarix: 04.12.2026
Mənbədə son yoxlanış: 04.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Tikinti sahəsində həyata keçirilən bütün elektrik quraşdırma işlərinə nəzarət etmək və onların təsdiq olunmuş çertyojlar, texniki spesifikasiyalar, keyfiyyət standartları və layihə tələblərinə uyğunluğunu yoxlamaq. - Elektrik işləri üzrə təsdiqlənmiş Keyfiyyətə Nəzarət Planının (QCP), Yoxlama və Test Planlarının (ITP) və layihəyə məxsus keyfiyyət prosedurlarının tətbiqini təmin etmək və onlara riayət etmək. - Tikintinin müxtəlif mərhələlərində elektrik quraşdırmaları, materiallar və avadanlıqlar üzrə yoxlamalar aparmaq və nəticələri qeydiyyata almaq. - Keyfiyyət problemlərinin və uyğunsuzluqların aradan qaldırılması üçün Elektrik Sahə Mühəndisləri, briqadirlər və subpodratçılar ilə koordinasiya aparmaq. - Zəruri hallarda Uyğunsuzluq Hesabatları (NCR) hazırlamaq və korrektiv/preventiv tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək. - Sahəyə gətirilən bütün elektrik materialları və avadanlıqlarının təsdiqlənmiş submittal və spesifikasiyalara uyğunluğunu yoxlamaq. - Elektrik sistemləri üzrə test, yoxlama və istismara vermə (commissioning) işlərində iştirak etmək və standartlara uyğunluğu təsdiqləmək. - Keyfiyyət qeydlərini, yoxlama hesabatlarını, test nəticələrini və təhvil sənədlərini düzgün şəkildə saxlamaq. - As-built sənədlərinin, test sertifikatlarının və yekun təhvil dosyelərinin hazırlanmasına dəstək göstərmək. Təhsil: Elektrik Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. İxtisaslaşma sahələri: Elektrik üzrə keyfiyyətə nəzarət, yoxlamalar, test və istismara vermə (commissioning), həmçinin QA/QC sənədləşməsi. İş təcrübəsi: Tikinti layihələrində elektrik üzrə keyfiyyətə nəzarət sahəsində minimum 3–5 il iş təcrübəsi. Dil və kompüter bilikləri (Microsoft Office): - Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə bilik - MS Office və AutoCAD proqramlarında işləmək bacarığı XÜSUSİ TƏLƏBLƏR - Detallara və keyfiyyət tələblərinə yüksək diqqət - Elektrik norma və standartları, həmçinin test prosedurları üzrə yaxşı bilik - Müstəqil işləmək və sahə komandaları ilə koordinasiya aparmaq bacarığı - Güclü sənədləşdirmə və hesabat hazırlama bacarıqları - Sahə şəraitində işləmək və müəyyən edilmiş vaxt çərçivələrinə riayət etmək bacarığı