Bütün vakansiyalar

Biznes və məlumat analitikası · Glorri

Baş Data Analitik

PASHA LifeSahil Plaza, 61 M.Useynov ave., AZ1095, Baku
Məşğulluq:
Tam ştat

Elan tarixi: 04.11.2026 · Son tarix: 04.12.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Sığorta məhsulları üzrə mütəmadi və ad-hoc analitik hesabatların hazırlanması; - Sığorta məhsulları üzrə data analitikasının aparılmasında iştirak edilməsi; - Biznes tərəflərlə (məhsul, aktuar və satış komandaları) əməkdaşlıq edərək analitik tələblərin müəyyənləşdirilməsi; - Mövcud hesabat və dashboard-ların keyfiyyətinə nəzarət edilməsi, təkrarlanan və lazımsız hesabatların aşkarlanması və konsolidasiyası; - Yeni dashboard-ların data modelinin qurulması mərhələsindən başlayaraq hazırlanması; - Satış lidlərinin keyfiyyət və konversiya göstəriciləri üzrə təhlil edilməsi, zəif performans göstərən kanalların və seqmentlərin müəyyənləşdirilməsi; - Kiçik analitiklərin işlərinin nəzərdən keçirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsi; - Kompleks SQL sorğularının yazılması və performansının optimallaşdırılması; - Power BI dashboard-larının hazırlanması, yenilənməsi və texniki dəstəyinin təmin edilməsi. İş təcrübəsi: Müvafiq sahə üzrə 3–5 il iş təcrübəsi; Təhsil: Riyaziyyat, statistika, iqtisadiyyat, aktuar elmləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Dil bilikləri: İngilis dili- yaxşı; Rus dili- yaxşı; Üstünlüklər: Sığorta sektorunda iş təcrübəsinin olması; Kompüter və texniki biliklər: - MS Excel – əla səviyyədə; - Power BI – əla səviyyədə; - MS SQL (T-SQL) – əla səviyyədə; - Python – əla səviyyədə.