İnsan resursları · Glorri
İnsan Resursları Əməliyyatları Şöbəsinin Müdiri
- Təcrübə:
- Rəhbər (Lead)
Elan tarixi: 03.11.2026 · Son tarix: 03.12.2026
Mənbədə son yoxlanış: 05.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək; - İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək; - İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək; - İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək; - ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək; - İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; - Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək. - Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək. - Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Hüquq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə); - İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi; - HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə; - MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; - Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı; - Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı; - Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı; - Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı; - Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı.