IT və texnologiya · Glorri
Testləşmə və keyfiyyətə nəzarət üzrə aparıcı / baş mütəxəssis (Lead/Senior QA Engineer)
- Məşğulluq:
- Tam ştat
- Təcrübə:
- Orta səviyyə
Elan tarixi: 03.11.2026 · Son tarix: 03.12.2026
Mənbədə son yoxlanış: 05.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Biznes və texniki tələbləri təhlil etmək və boşluqları erkən mərhələdə müəyyən etmək; - Məhsullar və relizlər üçün test strategiyasını və test planlarını müəyyən etmək; - Web, mobil və API üçün test case-ləri və çek-listləri hazırlamaq, yeniləmək və icra etmək; - Funksional, reqressiya, inteqrasiya və smoke testlərini aparmaq; - Mürəkkəb və yüksək riskli funksionallıqların (ödənişlər, kart prosessinqi, core banking inteqrasiyaları) testinə rəhbərlik etmək; - REST/SOAP API-ləri test etmək və SQL vasitəsilə verilənlər bazasındakı məlumatları yoxlamaq; - Avtomatlaşdırılmış testlər (UI və API) hazırlamaq və onları CI/CD pipeline-larına inteqrasiya etmək; - Xarici sistemlərlə (core banking, kart prosessinqi, ödəniş gateway-ləri, dövlət xidmətləri) inteqrasiya testləri aparmaq; - Qeyri-funksional testləri (performans, əsas təhlükəsizlik yoxlamaları) əlaqələndirmək və icra etmək; - Defektləri aydın reproduksiya addımları ilə qeydə almaq, izləmək və yoxlamaq; - Biznes tərəfdaşlarla UAT-ı və istehsal mühitinə reliz hazırlığını dəstəkləmək; - Junior komanda üzvlərinə mentorluq etmək və QA proseslərinin təkmilləşdirilməsinə töhfə vermək; - Agile/Scrum komandasında developerlər, biznes analitiklər və məhsul sahibləri ilə sıx əməkdaşlıq etmək. - Proqram təminatının testi sahəsində 1–5 il iş təcrübəsi (Aparıcı: 1–3 il, Baş: 3–5 il) - Test nəzəriyyəsi, test dizayn texnikaları (sərhəd qiymətlərin təhlili, ekvivalentlik siniflərinə bölmə, qərar cədvəlləri) və SDLC/STLC üzrə dərin bilik - Postman, SoapUI və ya digər oxşar alətlərlə API testi (REST, SOAP) üzrə güclü təcrübə - SQL üzrə yaxşı bilik və Oracle, PostgreSQL və ya MS SQL ilə iş təcrübəsi - Web və mobil tətbiqlərin (iOS/Android) testi üzrə təcrübə - Client-server və mikroservis arxitekturası, HTTP, JSON/XML haqqında anlayış - Test avtomatlaşdırması üzrə praktiki təcrübə (Selenium, Playwright, Appium və ya Rest Assured ilə Java/Kotlin/Python/TypeScript) - CI/CD alətləri (Jenkins, GitLab CI, GitHub Actions) və Git üzrə iş təcrübəsi - Jira, Confluence və test idarəetmə alətlərindən (TestRail, Zephyr, Xray) istifadə təcrübəsi - İngilis dili biliyi Intermediate və ya daha yüksək səviyyədə (Senior üçün Upper-Intermediate) - Bank sahəsində təcrübə: core banking sistemləri, kart prosessinqi, ödənişlər (SWIFT, ISO 20022, yerli ani ödəniş sistemləri) (üstünlükdür) - Tənzimləyici və təhlükəsizlik standartları (PCI DSS, OWASP, AML/KYC prosesləri) üzrə bilik (üstünlükdür) - Mesaj brokerləri (Kafka, RabbitMQ) və loqlama/monitorinq alətləri (Kibana, Grafana) ilə iş təcrübəsi (üstünlükdür) - Performans testi üzrə təcrübə (JMeter, Gatling, k6) (üstünlükdür) - Docker, Kubernetes və test mühitlərinin idarə edilməsi üzrə təcrübə (üstünlükdür) - Test strategiyalarının qurulması və digər QA mühəndislərinə mentorluq təcrübəsi (üstünlükdür) - ISTQB sertifikatı (üstünlükdür)