Maliyyə və mühasibat · Glorri
Maliyyə Planlaşdırması və Təhlili üzrə aparıcı/baş mütəxəssis
- Məşğulluq:
- Tam ştat
- Təcrübə:
- Təcrübəli (Senior)
Elan tarixi: 03.11.2026 · Son tarix: 03.12.2026
Mənbədə son yoxlanış: 05.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və konsolidasiyasını həyata keçirmək; - İllik büdcənin hazırlanması və dövri maliyyə proqnozlarının yenilənməsi prosesində iştirak etmək; - Şöbələr, layihələr və xidmət istiqamətləri üzrə xərclərin bölüşdürülməsi hesablamalarını aparmaq; - Layihə və xidmət istiqamətləri üzrə mənfəətlilik təhlillərini hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək; - Maliyyə hesabatlarının hazırlanması prosesinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək; - Daxili və xarici audit prosesləri üçün maliyyə məlumatlarının və sənədlərinin hazırlanmasını təmin etmək; - Rəhbərliyin maliyyə təhlili və hesabatlarla bağlı sorğularını vaxtında icra etmək; - Komanda üzvlərinə metodoloji dəstək göstərmək və bilik mübadiləsində iştirak etmək. - Təcrübə: Maliyyə planlaşdırması və təhlili, maliyyə analitikası və ya mühasibatlıq sahəsində minimum 3-5 il iş təcrübəsi; - Təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil; - Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür; - Maliyyə planlaşdırması, büdcələşdirmə, proqnozlaşdırma və MHBS (IFRS) üzrə bilik və praktiki təcrübə; - Microsoft Excel proqramını yüksək səviyyədə bilmək; ERP sistemləri və BI alətləri (Power BI və s.) ilə iş təcrübəsi üstünlükdür; - ACCA, CPA, CFA, CIMA, FMVA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil alan və ya sertifikata sahib namizədlərə üstünlük verilir; - Güclü analitik düşünmə, problem həll etmə, detallara diqqət və effektiv ünsiyyət bacarıqları.