Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Drive Test Mühəndisi

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi48 Üzeyir Hacıbəyli, Bakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 03.11.2026 · Son tarix: 03.12.2026

Mənbədə son yoxlanış: 05.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Mobil rabitə şəbəkələrində (2G/3G/4G/5G) xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə drive test və walk test ölçmələrini planlaşdırmaq, ölçmə marşrutlarını və test ssenarilərini hazırlamaq və icra etmək; - Bina daxili məkanlarda (ticarət mərkəzləri, metro, hava limanı, inzibati binalar və s.) walk test ölçmələrini aparmaq; - Ölçmə avadanlıqlarını və proqram təminatını quraşdırmaq, konfiqurasiya etmək, onların işlək vəziyyətdə saxlanmasına və yenilənməsinə nəzarət etmək; - Səs, data (HTTP, FTP, video streaming və s.) və SMS xidmətləri üzrə Əsas Keyfiyyət Göstəricilərini (KPI) ölçmək: əhatə və siqnal keyfiyyəti (RSRP, RSRQ, SINR, RSCP, Ec/Io, RxLev, RxQual), zənglərin qurulma və kəsilmə göstəriciləri, ötürmə sürəti, gecikmə, handover uğurluluğu, səs keyfiyyəti (MOS) və s.; - Ölçmə nəticələrinin emalını (post-processing) aparmaq, əldə edilmiş məlumatları təhlil etmək və qiymətləndirmək; - Zəif əhatə, interferensiya, handover uğursuzluqları, zənglərin kəsilməsi və s. kimi problemli zonaları müəyyən etmək, onların səbəblərini araşdırmaq və həlli üzrə təkliflər hazırlamaq; - Operatorların xidmət keyfiyyətinin müqayisəli (benchmarking) təhlilini aparmaq; - Ölçmə nəticələri əsasında əhatə xəritələri, cədvəllər və qrafiklər hazırlamaq, texniki hesabat və təqdimatlar hazırlamaq; - Ölçmə nəticələrinin lisenziya şərtlərinə və müəyyən edilmiş keyfiyyət normativlərinə uyğunluğunu qiymətləndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə hesabat hazırlamaq; - Vətəndaş müraciətləri və şikayətləri əsasında yerində ölçmələr aparmaq və nəticələrə dair rəy hazırlamaq; - Beynəlxalq standartlara (ITU-T, ETSI, 3GPP) uyğun ölçmə metodikalarının və prosedurlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək; - Ölçmə məlumatlarının sistemli şəkildə saxlanılmasını, arxivləşdirilməsini və məlumat bazasının aparılmasını təmin etmək; - Ölçmə sahəsində yeni texnologiyaları və metodları izləmək, onların tətbiqinə dair təkliflər vermək. - Ali təhsil (telekommunikasiya, radiotexnika, elektronika və ya digər müvafiq texniki ixtisas üzrə); - Mobil rabitə texnologiyaları (GSM, UMTS, LTE, 5G NR(arzuolunandır)), radio interfeys, siqnallaşma və protokollar haqqında dərin biliklərə malik olmaq; - Mobil rabitə şəbəkələrində drive test, RF ölçmə və ya şəbəkə optimallaşdırması sahəsində minimum 5 il iş təcrübəsi malik olmaq; - Drive test və walk test ölçmə alətləri ilə praktiki iş bacarığına malik olmaq; - Post-processing alətləri ilə işləmə bacarığı olmaq; - Xidmət keyfiyyəti (QoS/QoE) göstəriciləri və müvafiq beynəlxalq standartlar (ITU-T E.800, E.804, P.863, ETSI TS 102 250 və s.) haqqında biliklərə malik olmaq; - Sahədə (çöl şəraitində) işləməyə və ölkədaxili ezamiyyətlərə hazır olmaq; - Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(yaxşı), Rus dili(arzuolunan); - RF planlaşdırma və optimallaşdırma prinsiplərini bilmək.