Digər · Glorri
Strategiya və layihələrin idarə olunması üzrə mütəxəssis
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 03.11.2026 · Son tarix: 03.12.2026
Mənbədə son yoxlanış: 05.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Strateji təşəbbüslər və layihələr üzrə məlumatları toplamaq, sistemləşdirmək və icra vəziyyətini izləmək; - İllik və orta müddətli strateji planların hazırlanması üçün tələb olunan məlumatların və analitik materialların hazırlanmasına dəstək göstərmək; - Layihələrin vaxt, büdcə, əhatə dairəsi və nəticə göstəricilərini izləmək, kənarlaşmaları müəyyən etmək və aidiyyəti tərəflərlə dəqiqləşdirmələr aparmaq; - Layihə planlarının, fəaliyyət cədvəllərinin, status hesabatlarının və digər layihə sənədlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək; - Layihə risklərini, gecikmələri və icra zamanı yaranan məsələləri qeydiyyata almaq, onların izlənilməsini və vaxtında eskalasiya olunmasını təmin etmək; - Strateji və layihə göstəriciləri üzrə dövri hesabatlar, analitik cədvəllər və rəhbərlik üçün təqdimat materialları hazırlamaq; - Layihə və təşəbbüslər üzrə məlumatların düzgünlüyünü, tamlığını və aktuallığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəlişlərin aparılmasını izləmək; - Trendlər, mövcud bazar dinamikası, rəqib təhlili və müştəri fikirləri barədə təhlil aparmaq və məlumat toplamaq; - Layihə idarəetmə prosedurlarının, hesabat formatlarının və iş axınlarının tətbiqinə dəstək göstərmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq; - Strateji təşəbbüslərin və layihələrin icrası üzrə görüşlərin təşkili, qərarların və fəaliyyətlərin qeydiyyatı və sonrakı izlənilməsini həyata keçirmək; - Digər bölmə və şöbələrlə koordinasiyalı şəkildə əməkdaşlıq etmək və layihə və strategiya üzrə tələb olunan məlumatların vaxtında təqdim olunmasını təmin etmək. - Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; - Strategiya, layihələrin idarə olunması, biznes analitikası və ya müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi; - Güclü analitik düşünmə və problem həll etmə bacarıqları; - Böyük həcmli məlumatları toplamaq, sistemləşdirmək, təhlil və təqdim etmək, detallara və dəqiqliyə yüksək diqqət yetirmək bacarığı; - Xüsusilə Microsoft Excel və PowerPoint olmaqla, Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; - Mürəkkəb məlumatları aydın, strukturlaşdırılmış və yığcam şəkildə təqdim etmək, həm yazılı, həm də şifahi effektiv kommunikasiya bacarıqları; - Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı üstünlükdür; - Strategiya konsaltinqi, biznes təhlili, strateji planlaşdırma və ya korporativ strategiya sahəsində iş təcrübəsi üstünlük hesab olunur. Biz nə təklif edirik: - AR Əmək Məcəlləsinə uyğun sənədləşmə; - Həyat yığım sığortası; - Könüllü tibbi sığorta; - Uşaqlara məktəb endirimləri; - Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı; - Peşəkar inkişaf imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.