Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Uçuş İstehsalına Dəstək şöbəsi/ Embraer hava gəmilərinin sənədləşmə və sertifikasiyası üzrə mühəndisi

"Azərbaycan Hava Yolları" QSCBakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 03.11.2026 · Son tarix: 09.11.2026

Mənbədə son yoxlanış: 05.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Kağız və rəqəmsal formatda FCOM, QRH, AOM, MEL, W&B və FM texniki sənədlərinin əldə olunmasına, hazırlanmasına və idarə edilməsinə nəzarət etmək; - Təyyarələrdə istifadə olunan texniki sənədlərin yenilənməsi prosesini koordinasiya etmək və bu istiqamətdə zəruri tədbirləri həyata keçirmək; - Embraer tipli hava gəmilərində istifadə olunan elektron daşıyıcılardakı proqram təminatının idarə edilməsinə nəzarət etmək; - Texniki sənədlər üzrə kitabxana fəaliyyətinin təşkilini, yenilənməsini və monitorinqini təmin etmək; - Yeni istismara qəbul edilən hava gəmiləri üçün tələb olunan qanuni sənədlərin hazırlanmasını və xüsusi icazələrin alınmasını koordinasiya etmək; - Təyyarələrə aid qanuni sənədlərin qüvvədə olma müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək; - Təyyarələrdə mövcud qanuni sənədlərin mütəmadi yoxlanılmasını həyata keçirmək və köhnəlmiş və ya etibarlılıq müddəti bitmiş sənədləri müəyyən edərək yenilənməsini təmin etmək; - İngilis dilində yayımlanan cari texniki və əməliyyat məlumatlarını izləmək, təhlil etmək və müvafiq mütəxəssislərə operativ şəkildə çatdırmaq; - Şöbə rəisinin verdiyi tapşırıq və göstərişləri müəyyən edilmiş müddətdə və tam şəkildə yerinə yetirmək. - Təhsil: Bakalavr dərəcəsi (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir); - Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla; - Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı; - Yazılı və şifahi ünsiyyət bacarıqları; - Danışıqların aparılması və effektiv kommunikasiya bacarığı; - Analitik düşünmə və qərarvermə bacarığı; - Problem həll etmə bacarığı; - Təqdimat hazırlamaq və təqdim etmək bacarığı; - Dəyişikliklərə operativ uyğunlaşma bacarığı; - Komandada effektiv işləmək bacarığı. İş yeri - Heydər Əliyev Beynəlxalq Hava Limanı. İş rejimi - 5 günlük iş qrafiki (09:00–18:00).