Bütün vakansiyalar

Digər · Glorri

İnkassasiya əməliyyatları üzrə aparıcı mütəxəssis

OBA Market MMCBakı, Azərbaycan
Məşğulluq:
Tam ştat
Təcrübə:
Təcrübəli (Senior)
Minimum təcrübə:
2+ il

Elan tarixi: 03.11.2026 · Son tarix: 03.12.2026

Mənbədə son yoxlanış: 05.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İnkassatorların marşrutlarının və gündəlik inkassa prosesinin koordinasiyası. - İnkassa olunan və olunmayan marketlər üzrə gündəlik məlumatların toplanması, yoxlanılması və aidiyyəti şəxslərə göndərilməsi. - İnkassa paketlərinin və pul vəsaitlərinin təhvil-təslim prosesinə nəzarət edilməsi. - Qəbul kassaları üzrə əməliyyatların yoxlanılması, yaranan fərqlərin araşdırılması və düzəlişlərin koordinasiyası. - Problemli inkassa paketlərinin müəyyən edilməsi, həllinin təşkili və sayım kassasına təhvil verilməsinin izlənilməsi. - İnkassa əməliyyatları üzrə məlumatların SAP və Tiger sistemlərinə daxil edilməsi və müvafiq əməliyyatların icrasının izlənilməsi. - Terminal ödənişləri üzrə gecikmələrin və texniki problemlərin müəyyən edilməsi, aidiyyəti komandalarla həllinin koordinasiyası. - Sənəd daşınması xərcləri üzrə cədvəllərin hazırlanması və yaranan uyğunsuzluqların araşdırılması. - Sürücülərin bonus və əməkhaqqı hesablamaları üçün məlumatların hazırlanması və aidiyyəti şəxslərə təqdim edilməsi. - Seyf paketlərin hazırlanması, paylanması və uçotunun aparılması. - İnkassa aktlarının və protokollarının hazırlanması, sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi. - Yeni açılan və yeri dəyişdirilən marketlərin inkassa marşrutlarına daxil edilməsinin koordinasiyası. - İnkassa prosesləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması. - İnkassa əməliyyatları zamanı yaranan problemlərin araşdırılması, məlumatların düzgünlüyünün təmin edilməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi. İş qrafiki: 5 gün, 08:00-17:00 - Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; - Təcrübə: Maliyyə, kassa əməliyyatları, inkassasiya və ya əməliyyatların koordinasiyası sahəsində minimum 2-3 il iş təcrübəsi; - Proqram təminatı üzrə biliklər : MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; SAP və digər ERP sistemləri üzrə biliklər üstünlükdür; - Peşəkar biliklər: Kassa əməliyyatları, pul vəsaitlərinin uçotu, təhvil-təslim və üzləşmə prosesləri üzrə biliklər; - Analitik bacarıqlar: Məlumatların təhlili, maliyyə fərqlərinin araşdırılması və hesabatların hazırlanması bacarığı; - Şəxsi keyfiyyətlər: Diqqətlilik, məsuliyyətlilik, operativlik - Üstünlükdür: Pərakəndə satış (Retail) və FMCG sektorunda iş təcrübəsi.