Bütün vakansiyalar

Digər · Glorri

Satınalma üzrə böyük mütəxəssis

Mətanət A Şirkətlər Qrupu34 Şah İsmayıl Xətai prospekti, Bakı 1008, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 04.11.2026 · Son tarix: 04.12.2026

Mənbədə son yoxlanış: 05.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır; - Xarici ölkədən alınmış malların Azərbaycan Respublikası ərazisinə daşınmasını, Azərbaycan Respublikasının gömrük sərhədində rəsmiləşdirilməsini və işəgötürənin müvafiq anbarlarına təhvil verilməsini təşkil edir; - Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirləri görür;Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir; - Daxili və xarici tədarükçülərin seçimi və qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə tədarük edilən məhsul və xidmətlərin vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması; - Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması; - Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi; - Yerli bazarın monitorinqini aparmaq; bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq; - İstehsalçı fabrikalardan qiymətlərin alınması, müqayisəsinin çıxarılması; istehsalçı fabrika ilə müqavilələrin bağlanması. - İstehsal istiqamətləri üzrə satınalmaların mövcud prosedurlara uyğun təşkili. Xammal sahəsində təcrübə olması üstünlükdür, İstehsal müəssisələrinin strateji alışlarını icra etməli bu işin məhsuliyyətinin fərqində olmalı və operativ işləməyə meyilli olmalıdır. - Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə). - Yaş aralığı: 28-40 yaş; - İş təcrübəsi: müvafiq sahədə minimum 3 il; - Kompüter biliyi: MS Office proqramları, 1C 8.3; - Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir; İş şəraiti: - İş saatı: 09:00-dan 18:00-dək; - İstirahət: Şənbə və bazar günü; - İş yeri: Luxen Plaza. Biz nə təklif edirik: - Rəqabətli əmək haqqı; - Şəhərin mərkəzində ofis; - Peşəkar inkişaf üçün təlimlər və seminarlar; - Dinamik və gənc komanda ilə iş imkanı.