Bütün vakansiyalar

Maliyyə və mühasibat · Glorri

Kreditor üzrə aparıcı mühasib

AMOGROUP31 Şah İsmayıl Xətai prospekti, Bakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 02.11.2026 · Son tarix: 02.12.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək; - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin etmək; - Mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək; - Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, sifarişçi və təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq; - Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi; - Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi; - Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi; - Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi; - Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi; - Tədarükçülərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması; - Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək - Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; - Aparıcı mühasib üzrə minimum 3 il iş təcrübəsi - 1C 8.3 üzrə praktiki biliklər; - MS Excel üzrə yaxşı səviyyədə bilik; - Elektron portallarla işləmə bacarığı; - İstehsalat və anbar uçotu üzrə təcrübə;