Bütün vakansiyalar

Satış və marketinq · Glorri

Rəqəmsal marketinq üzrə mütəxəssis

TABIA Group LLCPort Baku Towers, Bakı, Azərbaycan
Məşğulluq:
Tam ştat
Təcrübə:
Orta səviyyə

Elan tarixi: 02.11.2026 · Son tarix: 02.12.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- TABIA Group brend saytı və TABIA Group MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir; - Meta/Google Ads və digər platformalarda onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir; - Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir; - Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır; - Axtarış motorlarında veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir; - Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir; · Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək. Təhsil : - Ali təhsil (Marketinq və Kommersiya sahəsində arzu olunandır); İş təcrübəsi: - Rəqəmsal Marketinq sahəsində minimum 1 (bir) il; Bilik və Bacarıqlar: - SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi; - Veb-sayt analitika alətləri haqqında dərin biliklər; - Google Ads, Meta Ads və digər platformalarda reklam kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi; - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə; Kompüter bilikləri: - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti; Dil bilikləri: - Azərbaycan dili – sərbəst; - Rus və ya ingilis dili – yaxşı səviyyədə;