Bütün vakansiyalar

Mühəndislik və istehsalat · Glorri

Elektrik mühəndisi

AzInTelecom MMCƏlibəy Hüseynzadə, Bakı, Azərbaycan
Məşğulluq:
Çevik qrafik

Elan tarixi: 02.11.2026 · Son tarix: 27.11.2026

Mənbədə son yoxlanış: 06.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Transformator, UPS, generator, ATS, düzləndirici qurğular və elektrik paylayıcı panellərin etibarlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək; - Elektrik avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeydə almaq və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; - Elektrik avadanlıqları üzrə profilaktik və planlı texniki xidmət işlərini təşkil etmək və həyata keçirmək; - Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini mütəmadi izləmək; - BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətini və yaranan həyəcan siqnallarını (alarm) izləmək; - Qəza və nasazlıqların araşdırılmasında iştirak etmək, onların yaranma səbəblərini müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək; - Texniki xidmət, sınaq və təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də təsdiq edilmiş prosedurlara riayət etmək; - Texniki baxış, sınaq və təmir işləri üzrə müvafiq qeydləri və hesabatları aparmaq; - Podratçı şirkətlər tərəfindən həyata keçirilən elektrik işlərinə nəzarət etmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq; - Elektrik avadanlıqlarına dair texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini aktual vəziyyətdə saxlamaq; - Enerji istehlakı göstəricilərinin toplanması və təhlili prosesində iştirak etmək; - Data mərkəzin 24/7 əməliyyat fəaliyyətini növbəli iş rejimində həyata keçirmək; - Ali təhsil (Elektrik mühəndisliyi, Energetika mühəndisliyi və ya əlaqəli texniki ixtisaslar üzrə); - Elektrik avadanlıqlarının istismarı və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi; - Transformator, UPS, generator və elektrik paylayıcı sistemlər haqqında nəzəri və praktiki biliklər; - Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı; - MS Office proqramları ilə işləmək bacarığı; - Dil bilikləri: İngilis dili – texniki səviyyədə (arzuolunandır); - Operativ qərarvermə və problem həll etmə bacarığı; - Komandada işləmək, effektiv kommunikasiya və məsuliyyətlilik bacarığı. - Qəza və fövqəladə hallarda operativ reaksiya vermək və stres altında işləmək bacarığı; - Diqqətlilik, məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı.