Bütün vakansiyalar

Satış və marketinq · Glorri

Ticarət məhsullarının çeşidlənməsinin planlanması üzrə mütəxəssis

OBA Market MMC15 8 Noyabr Prospekti, Bakı 1025, Azerbaijan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 02.11.2026 · Son tarix: 02.12.2026

Mənbədə son yoxlanış: 06.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Ticarət məhsullarının çeşid strategiyasına uyğun olaraq çeşid planlaması prosesində iştirak etmək; - Məhsul Tanıtım Komitəsində təsdiqlənmiş məhsullar üzrə ölçü, foto və digər vizual məlumatların hazırlanmasını və sistemə düzgün daxil edilməsini təmin etmək; - Məhsul şəkillərində və ölçü məlumatlarında uyğunsuzluqlar aşkarlandıqda, düzəlişlərin həyata keçirilməsi məqsədilə ərazi və depo ziyarətlərini təşkil etmək; - Həftəlik planoqram təqvimini hazırlamaq və Satışa Dəstək və Satınalma komandaları ilə paylaşmaq; - Mağazalarda mikroplanoqramların tətbiqinə və mövcud tələblərə uyğunluğuna mütəmadi nəzarət etmək; - Passiv çeşidlərin planoqramlardan çıxarılmasını və müvafiq məlumat bazasının mütəmadi yenilənməsini təmin etmək; - Planoqram məlumatlarının aktuallığını, düzgünlüyünü və məhsul yerləşdirmə standartlarına uyğunluğunu yoxlamaq; - Çeşid və planoqram dəyişiklikləri ilə bağlı aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək. - Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır); - Pərakəndə satış, məhsul çeşidinin idarə edilməsi, planoqramlaşdırma və ya müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; - MS Excel proqramı üzrə yaxşı səviyyədə biliklər - Məlumatların təhlili, sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı; - Məkan və məhsul yerləşdirmə prinsipləri üzrə anlayış; - Diqqətlilik, detallara həssas yanaşma və analitik düşünmə qabiliyyəti; - Komandalararası kommunikasiya və koordinasiya bacarığı; - Operativlik, məsuliyyətlilik və nəticəyönümlülük; - Ərazi və depo ziyarətlərində iştirak etmək imkanı.