İnzibati və ofis · Glorri
Məlumat xidmətləri üzrə assistent (Maternity cover)
- Müqavilə növü:
- Müddətli
- Təcrübə:
- Başlanğıc (Junior)
Elan tarixi: 02.11.2026 · Son tarix: 08.11.2026
Mənbədə son yoxlanış: 06.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək; - Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək; - Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək; - Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq. Həmçinin tədbirlər zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq; - Qonaqlarla üz-üzə, telefon və electron poçt vasitəsi ilə təmasda olmaq; - Qonaqların sorğularına vaxtı-vaxtında cavab vermək; - Qonaqların şikayətlərini həll etmək; - Qonaqların sorğularını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq; - Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək; - Sorğular, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək; - Daxili şöbələrlə təmasda olmaq; - Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək; - Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.). - Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarığı; - Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiyyət qurmaq bacarığı; - Güclü iş etikası; - Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq; - MS Office proqramları ilə işləyə bilmək; - Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və güclü təşkilatçılıq bacarıqları; - Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı; - Detallara diqqət və problemləri həll etmək bacarığı; - Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı; - Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları; - İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək.