İnsan resursları · Glorri
İşçilərlə əlaqələr üzrə böyük mütəxəssis
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 30.10.2026 · Son tarix: 08.11.2026
Mənbədə son yoxlanış: 06.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Yeni əməkdaşların adaptasiya prosesinin təşkili, mentorların müəyyən edilməsi və zəruri təminatlarla təchiz olunması üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək; - Əməkdaşlarla korporativ münasibətlərin və iş mühitinin yaxşılaşdırılması, işəgötürən imicinin və əmək bazarında nüfuzunun gücləndirilməsi istiqamətində təşəbbüslər hazırlamaq və müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək; - Daxili kommunikasiya kanallarının və müvafiq sosial media hesablarının idarə olunmasını təmin etmək; - Əməkdaşların iş məmnuniyyətinin və əməyin səmərəliliyinin artırılması, iş mühitinin yaxşılaşdırılması üzrə korporativ təşəbbüs və xidmətlərin icrasında iştirak etmək; - İşdən çıxış müsahibələrini təşkil etmək, nəticələri sistemləşdirmək və təhlil etməklə kadr axınının əsas səbəblərini müəyyənləşdirmək, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq; - Əməkdaşların dövlət və sahə təltiflərinə təqdim edilməsi, eləcə də mükafatlandırılması prosesinin təşkili və rəsmiləşdirilməsində iştirak etmək; - Korporativ dəyərlərin təşviqi, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili üzrə təkliflər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; - Şöbəyə daxil olan müraciət, məktub və digər sənədləri aidiyyəti üzrə nəzərdən keçirmək, müvafiq cavabların hazırlanmasını təmin etmək. - Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür); - İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il; - İngilis dili və Rus dili biliyi üstünlükdür; - AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini üzrə məlumatlılıq; - Güclü ünsiyyət və təşkilatçılıq, komandada işləmək bacarığı; - Analitik düşünmə, problem həll etmə və yüksək məsuliyyətlilik qabiliyyəti.