İnsan resursları · Glorri
İstedadların cəlb edilməsi üzrə aparıcı mütəxəssis
- Məşğulluq:
- Tam ştat
- Təcrübə:
- Təcrübəli (Senior)
Elan tarixi: 30.10.2026 · Son tarix: 29.11.2026
Mənbədə son yoxlanış: 06.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Baş ofis və inşaat layihələri üzrə işə qəbul ehtiyaclarını müəyyənləşdirmək və vakansiyaların vaxtında bağlanmasını təmin etmək; - Vakansiya sifarişçiləri ilə əməkdaşlıq edərək vəzifə tələblərini, əsas səriştələri, təcrübə meyarlarını və namizəd profilini dəqiqləşdirmək; - Texniki və mühəndislik peşələri, layihə idarəetməsi və inşaat sahəsi rolları üzrə istedadların axtarışı və cəlb edilməsi strategiyalarını hazırlamaq və həyata keçirmək; - Müxtəlif mənbələrdən, o cümlədən peşəkar şəbəkələr, işə qəbul platformaları, referal proqramları, birbaşa axtarış (headhunting) və namizəd bazalarından istifadə etməklə namizədləri müəyyənləşdirmək və cəlb etmək; - Namizədlərin ilkin seçimini, müsahibələrin təşkilini və keçirilməsini, səriştə və texniki qiymətləndirmələrin koordinasiyasını, istinad yoxlamalarının və iş təkliflərinin hazırlanması prosesini idarə etmək; - Vakansiya sifarişçiləri ilə müntəzəm əlaqə saxlayaraq seçim prosesinin mərhələləri, namizəd rəyləri və qərarların vaxtında verilməsi üzrə koordinasiyanı təmin etmək; - Namizədlərlə peşəkar və vaxtında kommunikasiya qurmaq, müsbət namizəd təcrübəsini və şirkətin işəgötürən imicini dəstəkləmək; - İşə qəbul prosesinin bütün mərhələlərində namizədlərin məlumatlarının məxfiliyini və şəxsi məlumatların müvafiq qaydada emalını təmin etmək; - İşə qəbul üzrə məlumatları və hesabatları aparmaq; vakansiyaların bağlanma müddəti, mənbələrin effektivliyi, işə qəbul xərcləri və digər əsas göstəriciləri izləmək və təhlil etmək; - İşə qəbul prosesləri, alətləri və namizəd mənbələrinin effektivliyini qiymətləndirmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək və müvafiq təşəbbüsləri həyata keçirmək; - İşə qəbul təkliflərinin əməkhaqqı diapazonları, təsdiq edilmiş ştat və büdcə çərçivələri ilə uyğunluğunu müvafiq İR və biznes tərəfləri ilə koordinasiya etmək. - Ali təhsil: İnsan Resursları, Biznesin idarə edilməsi, Psixologiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: İstedadların cəlb edilməsi və işə qəbul sahəsində minimum 5 il müvafiq iş təcrübəsi; aparıcı və ya müstəqil məsuliyyət daşıyan rolda təcrübə üstünlükdür; - Mülki və sənaye inşaatı, neft və qaz layihələrində işə qəbul üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək; - Texniki peşələr və mühəndislik rolları üzrə istedadların axtarışı və cəlb edilməsi sahəsində praktiki təcrübə mütləqdir; layihə və tikinti sahələrində çalışan işçi qüvvəsinin cəlb edilməsi təcrübəsi üstünlükdür; - Mühəndislik, texniki ofis, planlaşdırma, smeta və xərclərə nəzarət, MEP, avtomatlaşdırma, SƏTƏM, keyfiyyət və digər texniki funksiyalar üzrə vakansiyaların bağlanması təcrübəsi üstünlükdür; - İşə qəbul prosesinin tam dövrü üzrə (vakansiya sifarişinin dəqiqləşdirilməsindən təklifin təqdim edilməsinə və işə başlamanın koordinasiyasına qədər) təcrübə; - Yüksək həcmli və paralel vakansiyalarla işləmək, müxtəlif səviyyəli rəhbərlər və layihə komandaları ilə əməkdaşlıq etmək bacarığı; - İşə qəbul, istedadların cəlb edilməsi və ya İR sahəsi üzrə müvafiq peşəkar təlim və sertifikatların olması üstünlükdür; - Azərbaycan dili – səlis, İngilis dili – orta-yuxarı səviyyədə (Upper-Intermediate).