Bütün vakansiyalar

Digər · Glorri

Hesabatlar üzrə təcrübəçi — Reporting Intern

AQA Şirkətlər QrupuBakı, Azərbaycan
Məşğulluq:
Tam ştat
Müqavilə növü:
Təcrübə proqramı
Təcrübə:
Təcrübəçi

Elan tarixi: 30.10.2026 · Son tarix: 11.11.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Gündəlik, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasına dəstək göstərmək. - Daxili informasiya sistemlərindən və Excel fayllarından məlumatları toplamaq, sistemləşdirmək və yeniləmək. - Verilmiş kreditlər, ödənişlər və gecikmiş kredit qalıqları üzrə məlumatların izlənilməsində iştirak etmək. - Məlumatların ilkin yoxlanılmasını aparmaq, çatışmayan və ya uyğunsuz məlumatları müəyyən etmək. - Hesabat şablonlarını, Excel cədvəllərini və məlumat bazalarını yeniləmək. - Cədvəllərin, qrafiklərin və sadə analitik xülasələrin hazırlanmasına dəstək göstərmək. - Məlumatların üzləşdirilməsi və hesabatların hazırlanması proseslərində iştirak etmək. - Hesabat fayllarının və sənədlərin sistemli şəkildə saxlanılmasını təmin etmək. - Əlavə hesabat sorğularının icrasında mütəxəssisə dəstək göstərmək. - Hesabatlılıq və məlumatların idarə edilməsi proseslərinin təkmilləşdirilməsində iştirak etmək. - Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, biznesin idarə edilməsi, statistika və ya əlaqəli sahələr üzrə sonuncu kurs tələbəsi və ya yeni məzun. - İş təcrübəsi tələb olunmur. - MS Excel və digər Microsoft Office proqramları üzrə baza bilikləri. - Maliyyə sektoru, hesabatlılıq və məlumatların təhlili sahələrinə maraq. - Riyazi və analitik düşünmə bacarığı. - Detallara diqqət və dəqiqlik. - Yeni bilik və texniki bacarıqlar əldə etməyə həvəs. - Məlumatları sistemləşdirmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. - Azərbaycan dilində sərbəst bilik, ingilis dili biliyi üstünlükdür.