Bütün vakansiyalar

Biznes və məlumat analitikası · Glorri

Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist

AQA Şirkətlər QrupuBakı, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 30.10.2026 · Son tarix: 11.11.2026

Mənbədə son yoxlanış: 04.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Gündəlik, həftəlik və aylıq əməliyyat və idarəetmə hesabatlarını hazırlamaq. - Kredit portfelinin göstəricilərini, o cümlədən verilmiş kreditləri, ödənişləri, kredit qalıqlarını və gecikmiş kreditləri təhlil etmək. - Kredit portfeli üzrə əsas göstəriciləri (PAR, NPL, yığım göstəriciləri və s.) izləmək və təhlil etmək. - Daxili informasiya sistemlərindən məlumatları toplamaq, ümumiləşdirmək və düzgünlüyünü yoxlamaq. - Hesabat məlumatlarında uyğunsuzluqları, dəyişiklikləri və kənarlaşmaları müəyyən etmək. - Rəhbərliyin sorğuları əsasında əlavə hesabatlar və analitik təhlillər hazırlamaq. - Hesabat şablonlarını, analitik panelləri (dashboard) və məlumat bazalarını hazırlamaq və yeniləmək. - Məlumatların düzgünlüyünü və uyğunluğunu təmin etmək məqsədilə Maliyyə, Kredit, Risklərin idarə edilməsi və Əməliyyatlar bölmələri ilə əməkdaşlıq etmək. - Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, biznesin idarə edilməsi, statistika və ya əlaqəli sahə üzrə ali təhsil. - Maliyyə institutlarında (FI), xüsusilə bank və ya bank olmayan kredit təşkilatlarında iş təcrübəsinin olması üstünlükdür. - Kreditləşmə prosesləri, maliyyə hesabatlılığı və kredit portfelinin əsas göstəriciləri haqqında baza bilikləri. - MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP/XLOOKUP və analitik formullar). - Power BI, SQL və digər hesabatlılıq alətləri üzrə biliklər üstünlükdür. - Güclü analitik düşünmə və problem həll etmə bacarığı. - Detallara diqqət və məlumatlarla işləyərkən dəqiqlik. - Böyük həcmli məlumatlarla işləmək və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı. - Azərbaycan dilində sərbəst bilik, ingilis dili biliyi üstünlükdür.