Biznes və məlumat analitikası · kapital
Model risklərinin idarəedilməsi üzrə baş mütəxəssis
- Təcrübə:
- Təcrübəli (Senior)
- Minimum təcrübə:
- 5+ il
Elan tarixi: 29.10.2026 · Son tarix: 30.11.2026
Mənbədə son yoxlanış: 06.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
Bu rol model risklərinin idarə edilməsi çərçivəsinin hazırlanması və tətbiqi, model inventarına və validasiya nəticələrinə nəzarət, risk göstəricilərinin monitorinqi və müvafiq hesabatların hazırlanmasını əhatə edir. Vəzifə öhdəlikləri: Model riski üzrə siyasət, metodologiya və prosedurların işlənib hazırlanması, yenilənməsi və bank üzrə tətbiqinin təmin edilməsi; Model inventarının aparılmasına ümumi nəzarət: inventarın tamlığı, aktuallığı və keyfiyyəti üzrə dövri yoxlamaların aparılması; Validasiya tapıntılarının və tədbirlər planlarının icrasına nəzarət, gecikmələrin rəhbərliyə və müvafiq komitələrə eskalasiyası; Model riski üzrə göstəricilərin (KPI, SLA, risk iştahası limitləri) müəyyən edilməsi, onlara dair təkliflərin hazırlanması və monitorinqi; Model riski üzrə dövri hesabatların və modellərin monitorinq hesabatlarının hazırlanması, nəticələrin təhlili və rəhbərliyə təqdim edilməsi; MRM Komissiyasının iclaslarının təşkili, materiallarının və qərar layihələrinin hazırlanması; Modellərlə bağlı risklər üzrə nəzarət (assurance) işlərinin aparılması, digər struktur bölmələrin sənədlərinə rəylərin hazırlanması; AI/Gen AI modelləri ilə bağlı model risklərinin idarəetmə çərçivəsinə inteqrasiyasını həyata keçirmək. Tələblər: İqtisadiyyat, maliyyə, riyaziyyat, statistika və ya oxşar ixtisas üzrə ali təhsil; Risklərin idarə edilməsi, model validasiyası, audit və ya model hazırlanması sahəsində ən azı 5 il iş təcrübəsi; Model riskinin idarə edilməsi üzrə tənzimləyici tələblər və beynəlxalq təcrübə haqqında dərin bilik; Data analitika alətləri ilə iş bacarığı (Python/Excel/SQL/DataIku/Tableau); GenAI və LLM əsaslı tətbiqlərin (chatbotlar, agentlər) əsas prinsipləri və istifadə riskləri barədə dərin bilik; Yüksək səviyyədə ünsiyyətqurma bacarıqları; Dil bilikləri: Azərbaycan, İngilis (B2/C1), (əlavə xarici dil bilikləri alqışlanır). Üstünlüklər: İnkişaf imkanları; Rəqabətli əmək haqqı və bonuslar; Yüksək təminatlı sığorta; Dəstəkləyici mühit; Visa Premium əmək haqqı kartı; Korporativ endirimlər; Korporativ tədbirlər; Əlavə məzuniyyət; Güzəştli təhsil və işçi krediti.