Bütün vakansiyalar

Logistika və nəqliyyat · Glorri

Texniki Alışlar üzrə Satınalma şöbəsinin müdiri

Mətanət A Şirkətlər Qrupu34 Şah İsmayıl Xətai prospekti, Bakı 1008, Azərbaycan
Məşğulluq:
Tam ştat

Elan tarixi: 29.10.2026 · Son tarix: 28.11.2026

Mənbədə son yoxlanış: 06.11.2026

Müraciət et

Xarici elana müraciət mənbə saytında tamamlanır.

İş haqqında

- Şirkətin zavod, istehsalat və digər struktur bölmələrinin texniki avadanlıq, ehtiyat hissələri, mexaniki və elektrik materialları üzrə satınalma proseslərini təşkil etmək və idarə etmək. - Texniki satınalma sifarişlərinin vaxtında və düzgün icrasını təmin etmək, sifarişlərin prioritləşdirilməsini və icra müddətlərini nəzarətdə saxlamaq. - Sifarişçi departamentlər tərəfindən təqdim edilən texniki spesifikasiyaların, məhsul kodlarının, modellərin və digər zəruri məlumatların tamlığını yoxlamaq. - Texniki tələblərdə çatışmazlıq və uyğunsuzluq olduqda sifarişçi departamentlərlə koordinasiya edərək məlumatların dəqiqləşdirilməsini təmin etmək. - Yerli və beynəlxalq bazarlarda texniki məhsullar üzrə təchizatçıların araşdırılmasını alternativ təchizat mənbələrinin müəyyən edilməsini və təchizatçı bazasının genişləndirilməsini təşkil etmək. - Təchizatçılardan kommersiya təkliflərinin alınmasını, qiymət müqayisələrinin aparılmasını və optimal satınalma şərtlərinin müəyyən edilməsini təmin etmək. - Təchizatçılarla qiymət, ödəniş şərtləri, çatdırılma müddəti, zəmanət və servis xidmətləri üzrə danışıqları aparmaq. - Texniki avadanlıq və ehtiyat hissələrinin alışında məhsulun orjinallığına, istehsalçı zəmanətinə və müvafiq sertifikatların mövcudluğuna diqqət yetirmək. - Alınacaq məhsulların texniki uyğunluğunun sifarişçi və aidiyyəti texniki şöbələr tərəfindən təsdiqlənməsini təmin etmək. - İstehsalatın fasiləsiz fəaliyyətinə təsir edən kritik ehtiyat hissələri və avadanlıqlar üzrə sifarişlərin prioritet qaydada icrasını təşkil etmək. - Kritik ehtiyat hissələrinin minimum stok səviyyələrinin müəyyən edilməsi və vaxtında təmin olunması üçün Planlama, Anbar və İstehsalat şöbələri ilə koordinasiyanı təmin etmək. - Satınalma sifarişlərinin təsdiqlənmiş büdcə və şirkətin daxili prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək. - Texniki alışlar üzrə satınalma müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və müqavilə öhdəliklərinin icrasının izləmilməsini təmin etmək. - Təchizatçıların çatdırılma müddəti, qiymət rəqabətliliyi, məhsul keyfiyyəti və xidmət səviyyəsi üzrə fəaliyyətini qiymətləndirmək. - Qüsurlu, yanlış və ya texniki tələblərə uyğun olmayan məhsullar üzrə təchizatçılarla geri qaytarma, dəyişdirilmə və zəmanət proseslərini koordinasiya etmək. - Satınalma prosesində yaranan gecikmələri, təchizat risklərini və əlavə xərcləri təhlil edərək qabaqlayıcı tədbirlər görmək. - Texniki satınalmalar üzrə xərclərin optimallaşdırılması, alternativ məhsulların araşdırılması və qənaət imkanlarının müəyyən edilməsi istiqamətində təkliflər hazırlamaq. - Şöbənin əməkdaşları arasında iş bölgüsünü təşkil etmək, tapşırıqların icasına və əməkdaşların fəaliyyət göstəricilərinə nəzarət etmək; - Texniki satınalmalar üzrə KPİ göstəricilərini izləmək, nəticələri təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. - Təhsil: Ali; - İş təcrübəsi: 3-5 il; - Sertifikatlar: Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür; - Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri; - Kompüter bilikləri: MS Ofis proqramları və 1C 8.3; Şəxsi keyfiyyətlər: - Güclü analitik və strateji düşünmə qabiliyyəti; - Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı; - Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma; - Operativ qərarvermə və problemləri həll etmə bacarığı. İş şəraiti: - İş qrafiki: 5 gün, saat 09:00-18:00; - İstirahət: Şənbə və Bazar günləri; - Əməkhaqqı: Razılaşma yolu ilə; - İş yeri: Luxen Plaza.