Mühafizə və təhlükəsizlik · Glorri
Təhlükəsizlik üzrə nəzarətçi
- Məşğulluq:
- Tam ştat
Elan tarixi: 29.10.2026 · Son tarix: 28.11.2026
Mənbədə son yoxlanış: 06.11.2026
Müraciət et
Xarici elana müraciət mənbə saytında tamamlanır.
İş haqqında
- Təhlükəsizlik şöbəsinin qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeydə almaq. - Vestibüllər, dəhlizlər, qonaq otaqları və ictimai ərazilərdə keşik çəkmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olmaq. - Kömək üçün hər hansı çağırışlarda iştirak etmək. - Açarların verilməsi ilə bağlı otel siyasət və prosedurlarına hər zaman riayət olunmasını təmin etmək. - Bütün qonaqlar, o cümlədən təchizatçılar, podratçılar, yarım-ştat işçilər, əməkdaşlar və s. tərəfindən təhlükəsizlik vəsiqələrinin verilməsi ilə əlaqəli otelin siyasət və prosedurlarına riayət olunduğunu təmin etmək. - İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də otelin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin etmək. - Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərmək. - Oteldə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək etmək. - Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin etmək. - Hər hansı şübhəli şəxs olduqda, ona ( nəzakətlə və etik qaydada ) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət etmək. - Otelin planına daxil olan hər bir element, o cümlədən suçiləmə sistemi, tüstü detektorları, yanğınla mübarizə avadanlıqları, qəza çıxışları, yanğına nəzarət otağı, yanğın indikatoru panelləri, qəza təxliyəsi, ümumi məlumatlandırma sistemləri (radioqovşaq), oteldən kənarda yerləşən fövqəladə - toplantı ərazisi, yanğın / bomba təhlükəsi və təhlükəsizlik prosedurları, otelin xidməti liftləri və təcili tibbi yardım avadanlıqlarının yerləri və iş funksiyaları haqqında məlumatlı olmaq. Tələblər - Ali və ya orta təhsil. - Təhlükəsizlik və ya əlaqəli sahələr üzrə əlavə kurslar və sertifikatlar arzuolunandır. - Təhlükəsizlik sahəsində iş təcrübəsi (otel və ya digər oxşar müəssisələrdə təcrübə üstünlükdür). - Kamera sistemləri və təhlükəsizlik avadanlıqları ilə işləmək üzrə təcrübə. - Yaxşı müşahidə və diqqətlilik bacarığı. - Təhlükəsizlik sistemləri və avadanlıqları barədə bilik. - Texniki problemləri tez həll etmək və operativ qərar qəbul etmək bacarığı. - Komandada işləmək bacarığı və əlaqə qurma qabiliyyəti. - MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə. İş yeri: Bakı şəhəri, Excelsion Hotel & SPA, Curio Collection by Hilton